"Çempionlar Liqasında yalnız qələbə hədəfləyirik" Fərid Ələkbərov
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” oyun öncəsi son məşqini keçirib.
QOL.az xəbər verir ki, artıq iki gündür Polşada olan Azərbaycan təmsilçisinin baş məşqçisi Fərid Ələkbərov azfutzal.az-a komandanın hazırlığı barədə danışıb:
“Son iki məşqimizi oyunun keçiriləcəyi “Prezero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası zədəli futzalçımız yoxdur. Komanda demək olar, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur”.
Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək F. Ələkbərov rəqibin kimliyindən asılı olmayaraq maksimum nəticə üçün mübarizə aparacaqlarını vurğulayıb:
“Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə də meydan sahibi kollektivi qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət yığırlar. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də onların xeyrinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 26 Oktyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















