Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? SƏBƏBLƏR
Icma.az, Baku.ws saytına istinadən bildirir.
"Azərbaycanda kərə və duru yağların qiymətində müşahidə olunan artım bir sıra amillərlə bağlıdır. Bahalaşmaya xammalın maya dəyərinin yüksəlməsi, logistika xərcləri, idxaldan asılılıq və yerli istehsalın tələbatı tam qarşılamaması təsir göstərir".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, yağ məhsullarının qiymət artımını şərtləndirən əsas səbəblərdən biri beynəlxalq bazarlarda xammal və hazır məhsulların bahalaşmasıdır:
"İstehsal xərclərinin, daşınma və logistika məsrəflərinin artması da son qiymətlərə təsirsiz ötüşmür. Azərbaycan bazarında İran, Avropa ölkələri, Rusiya və digər dövlətlərdən gətirilən yağ məhsulları mühüm paya malikdir. Bu səbəbdən xarici bazarlarda qiymətlərin yüksəlməsi ölkə daxilində də bahalaşmaya səbəb olur. Eyni zamanda, yerli yağ istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 faiz azalması bazardakı vəziyyətə əlavə təsir göstərib.
Oktyabr ayında yağ məhsullarının qiymətində təxminən 15 faizlik artım qeydə alınıb. Bəzi xarici markaların, o cümlədən "Anchor" və "New Zealand" məhsullarının qiymətində 3–3,50 manat civarında bahalaşma müşahidə olunub.
Qiymətlərə təsir edən digər amil isə əhalinin tələbatının yüksək olmasıdır. Yerli istehsalın bazarın bütün ehtiyaclarını ödəyə bilməməsi və idxal məhsullarının bahalaşması istehlakçıların seçimlərinə, eləcə də satış qiymətlərinə təsir edir".
AQC sədri əlavə edib ki, gələcəkdə yerli istehsalın genişləndirilməsi qiymət təzyiqinin azaldılmasına kömək edə bilər:
"İşğaldan azad edilmiş ərazilərdə yeni istehsal müəssisələrinin yaradılması ilə bağlı planların reallaşması bazarın yerli məhsullarla təminatına töhfə verə bilər. Bununla yanaşı, kənd təsərrüfatında, xüsusilə heyvandarlıq və süd istehsalı sahələrində mövcud potensialın daha səmərəli istifadəsi də vacib amillərdən sayılır".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 26 Oktyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















