Icma.az
close
up
RU
Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüş keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə görüş keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında vaxtaşırı olaraq müxtəlif elm və incəsənət xadimləri ilə görüşlər keçirilir. Burada əsas məqsəd elm, incəsənət və ictimai xadimlərin musiqi sənəti haqqında düşüncələri, musiqinin cəmiyyətdəki mövqeyi ilə bağlı fikir və mülahizələrinin bəstəkar və musiqişünaslarla dialoq şəklində aparılmasıdır. Çünki musiqi insanların mənəvi zövqünü formalaşdıran sənət növü olduğuna görə, onun cəmiyyətdə nüfuzunun qorunub saxlanılması və insanların peşəkar musiqi ilə maariflənməsi vacib məsələlərdəndir. Azərbaycan Bəstəkarlar İttifaqında Milli Məclisin deputatı, ictimai xadim Aydın Mirzəzadə ilə keçirilən görüşdə də məhz bu mövzulardan bəhs olunub.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Aydın Mirzəzadəyə görüşdə iştirakına görə təşəkkürünü bildirib və onun ictimai- siyasi fəaliyyətini yüksək dəyərləndirib.

Aydın Mirzəzadə çıxışında doğulub boya-başa çatdığı və onu formalaşdıran mühitdən bəhs edib. Aşıq Ələsgər şəcərəsindən olması, valideynlərindən aldığı mükəmməl ədəb-ərkan, müəllimlərinin sayəsində kamil elmi biliklərə yiyələnməsi və nəhayət, ictimaiyyətdə tutduğu mövqeyə qədər keçdiyi həyat yolundan maraqlı faktlarla söhbət açıb.

Milli Məclisin deputatı öz arxivində qoruyub saxladığı və əldə etdiyi nadir nüsxələri, hətta L.V.Bethovinin fortepiano sonatalarının ilk nəşrinin klavir şəklində variantını tədbir iştirakçılarına təqdim edib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova, Əməkdar incəsənət xadimi, professor Mehriban Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı çıxış edərək Aydın müəllimə öz təşəkkürlərini bildirib və belə görüşlərin əhəmiyyətindən danışıblar.

Qonağa Bəstəkarlar İttifaqı adından Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivallarının elmi seminarlarından musiqişünasların çıxışları əsasında hazırlanmış məqalələr toplusu, “Heydər Əliyev və musiqi mədəniyyəti”, “İlham Əliyev və musiqi mədəniyyəti” (ideya müəllifi Firəngiz Əlizadə. Tərtibçi-müəllif Səadət Təhmirazqızı) kitabları hədiyyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri