Icma.az
close
up
RU
“Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir” Kamaləddin Qafarov

“Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir” Kamaləddin Qafarov

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Bu gün özünün beynəlxalq əlaqələrini sürətlə genişləndirən Azərbaycanla əməkdaşlıq, dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələri üçün də böyük maraq və önəm kəsb edir. O cümlədən, hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq da kifayət qədər uğurla inkişaf edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat  bildirib ki, ötən il Azərbaycan Prezidenti ilə Çinin Sədri arasında baş tutmuş görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edilib və bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır:

“Cənab Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd olunduğu kimi, strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Dövlət başçımızın müsahibəsinin gedişində aparıcı tərəfindən səsləndirilən suallar dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin də Azərbaycana, ölkəmizdə gedən proseslərə marağının kifayət qədər böyük olduğunu deməyə əsas verir. O cümlədən, Azərbaycanın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə mövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişaf nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrə münasibəti ilə əlaqədar verilən sual ölkəmizin rəyinin beynəlxalq arenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir.

Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu suala verdiyi cavabında da prinsipial obyektiv yanaşma nümayiş etdirdi. Qeyd olundu ki, Azərbaycanın həm BRICS-in, həm də dialoq üzrə tərəfdaş statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə çox yaxşı və dost münasibətləri var. Bundan başqa, ölkəmizin coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə verdiyi töhfələr nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Çin və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın üzərində fəal iş apardığı məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir və praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilər”.

K.Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində liderlik barədə yer almış ifadələr bir çox ölkə rəhbərləri üçün əsl örnək ola bilər: “Aparıcının liderlik keyfiyyətləri barədə sualı xüsusilə maraq doğuran məqamlardan biri oldu. Biz CGTN əməkdaşının dilindən belə bir etiraf eşitdik: “Cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb”.

Əlbəttə ki, bu təməl özü də birlik olmayan yerdə qurula bilməz. Bu birlik isə məhz cəmiyyətin, xalqın liderinin səyləri nəticəsində formalaşır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. 

Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. 

Cənab Prezident həmişə xalqa ədaləti bərpa edəcəyini söyləyirdi və Azərbaycan xalqı da öz liderinə inanırdı. Sonda bu qarşılıqlı inam və etibar öz nəticəsini göstərdi, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri