Azərbaycan Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının Baş Assambleyasında təmsil olunub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 24 noyabr, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə Velosiped Yarışları Təşkilatçılarının Beynəlxalq Assosiasiyasının (AIOCC) Baş Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartienin də iştirak etdiyi tədbirin əsas müzakirə mövzusu 2026-cı ildə keçiriləcək şose velosipedi üzrə müxtəlif kateqoriyalı yarışlar olub. Bunların içərisində 10-14 may tarixlərində təşkil olunacaq 2.1 kateqoriyalı “Bakı-Xankəndi” velosiped yarışı da var.
Assambleya zamanı beynəlxalq yarışların keçirilməsi zamanı ortaya çıxan problemlər və onların həlli, təşkilatçılıq təcrübəsinin digər ölkələrdə tətbiqi kimi məsələlər müzakirə olunub, beynəlxalq federasiyanın prezidenti David Lappartienin çıxışı dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















