Azərbaycan Beynəlxalq Proqram Akkreditasiyasından uğurla keçib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan İdman Akademiyası Beynəlxalq Proqram Akkreditasiyasından uğurla keçib. SİA Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan İdman Akademiyası magistratura səviyyəsi üzrə “İdman tibbi və reabilitasiya” və “İdman menecmenti” ixtisaslaşmaları, bakalavriat səviyyəsi üzrə isə “İdman menecmenti və kommunikasiya” ixtisası zəruri tələblərə cavab verdiyinə görə 5 il müddətinə beynəlxalq akkreditasiya sertifikatı əldə edib.
Akkreditasiya prosesi Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının (EQNA) üzvü olan və Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrində (EQAR) qeydiyyatdan keçmiş müstəqil agentlik tərəfindən aparılıb.
Müvafiq akkreditasiya prosesindən uğurla keçmək akademiya tərəfindən verilən səriştələrin beynəlxalq səviyyədə tanınması, yüksək keyfiyyətli təhsil xidmətlərinin təminatı və beynəlxalq tələblərə uyğunluğun təsdiqi hesab olunur.
Həmçinin bu proses akademiya tələbələri üçün xarici universitetlərdə müxtəlif akademik mobillik proqramlarında iştirak, magistratura və doktoranturaya qəbul, məzunların həm yerli, həm də beynəlxalq əmək bazarlarında rəqabət qabiliyyətinin artırılması, öz ixtisasları üzrə ölkədə və xaricdə işlə təmin olunması imkanları yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















