Icma.az
close
up
RU
Neft və Sənaye Universitetinin daha üç ixtisası ASIIN beynəlxalq akkreditasiyasından keçib

Neft və Sənaye Universitetinin daha üç ixtisası ASIIN beynəlxalq akkreditasiyasından keçib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq təhsil məkanında tanınma və keyfiyyət təminatı istiqamətində daha bir mühüm nailiyyət əldə edib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə üç ixtisas - ekologiya mühəndisliyi, cihaz mühəndisliyi və mexanika mühəndisliyi ixtisası Almaniyanın ASIIN (Accreditation Agency for Degree Programmes in Engineering, Informatics, Natural Sciences and Mathematics) təşkilatı tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Bu qərar ADNSU-nun tədris prosesinin beynəlxalq standartlara uyğunluğunu, ixtisas proqramlarının keyfiyyətini və davamlı inkişaf istiqamətində atdığı addımların səmərəsini bir daha təsdiqləyir.

2015–2025-ci illər ərzində ADNSU-nun bakalavriat və magistratura səviyyələrində ümumilikdə 34 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Bu proqramlar Almaniyanın ASIIN və FIBAA (Foundation for International Business Administration Accreditation) təşkilatları tərəfindən qiymətləndirilib və hazırda 18 ixtisasın akkreditasiya statusu aktivdir.

Bakalavriat səviyyəsində ümumilikdə 12 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Onlardan beşi FIBAA, yeddisi isə ASIIN təşkilatı tərəfindən akkreditasiyadan keçib. FIBAA tərəfindən akkreditasiyadan keçmiş ixtisaslara biznes informatikası, sənaye mühəndisliyi, kompüter mühəndisliyi, menecment üzrə biznesin idarə edilməsi və biznes iqtisadiyyatı üzrə biznesin idarə edilməsi proqramları daxildir.

ASIIN tərəfindən akkreditasiyadan keçmiş ixtisaslar sırasında mexatronika mühəndisliyi, neft-qaz mühəndisliyi, geologiya və geofizika mühəndisliyi, kimya mühəndisliyi, eləcə də 2025-ci ildə akkreditasiyadan keçmiş ekologiya mühəndisliyi, cihaz mühəndisliyi və mexanika mühəndisliyi ixtisasları yer alır.

Magistratura səviyyəsində isə ADNSU-nun altı proqramı beynəlxalq akkreditasiyadan keçib. FIBAA tərəfindən əməliyyatların idarə edilməsi (MBA), kompüter informasiya sistemləri, insan resurslarının idarə edilməsi, təşkilatların idarə edilməsi və marketinqin idarə edilməsi proqramları, ASIIN tərəfindən isə kimya mühəndisliyi (qeyri-üzvi maddələrin istehsal texnologiyası, neft-kimya sintezi və neft-emalı texnologiyası üzrə ixtisaslaşmalarla) beynəlxalq akkreditasiyaya layiq görülüb.

Qeyd edək ki, ADNSU-nun həm ASIIN, həm də FIBAA tərəfindən akkreditasiyadan keçmiş proqramları Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Reyestrinin (EQAR – European Quality Assurance Register for Higher Education) məlumat bazasında da qeyd olunub. Bu, universitetin Avropa ali təhsil məkanında tanınmasını və ADNSU diplomlarının beynəlxalq səviyyədə etibarlılığını təsdiqləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri