Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Azərbaycan bir il ərzində buğda idxalını artırıb SƏBƏBLƏR NƏDİR?

Azərbaycan bir il ərzində buğda idxalını artırıb SƏBƏBLƏR NƏDİR?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 56% artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə ölkəyə 602 255 ton buğda idxal edilib. Buğdanın dəyəri 130.6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 216 min ton və 45 milyon dollar çoxdur. Dünyanın bir çox ölkəsində buğda əsas ərzaq məhsulu hesab olunur və ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Əhalisi çörək və un məmulatlarını sevən və bu qidalardan daha çox istifadə edən ölkəmiz üçün isə ərzaqlıq buğdanın sabit təchizatı xüsusilə vacibdir. Bəs maraqlıdır, idxalın artmasının səbəbləri nədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Ərzaqlıq buğda tələbatını ödəyə bilmirik"

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, idxalın müəyyən dövrlərdə artmasının əsas səbəbi ölkənin daxili tələbatını tam ödəyə bilməməsidir: "Azərbaycanın idxal etdiyi əsas ərzaq məhsulları arasında ərzaqlıq buğda xüsusi yer tutur. Son illər ərzində ölkədə ərzaqlıq buğdanın daxili istehsalı və tədarükünə dair dövlət səviyyəsində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilsə də, hələ də bu sahədə tələbat tam ödənilmir. Nəticə etibarilə, ölkəmiz bu məhsul üzrə idxaldan asılı vəziyyətdə qalır".

Məhdud əkin sahələri

Yerli buğda istehsalının ölkənin tələbatını tam qarşılamamasının səbəblərinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir: "Daxili tələbatı tam qarşılaya bilməməyimizin bir sıra obyektiv və subyektiv səbəbləri var. Əvvəla, yerli istehsal olunan buğda tələb olunan keyfiyyət göstəricilərinə tam cavab vermir. Bundan əlavə, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir. Digər mühüm amil isə əkin sahələrinin məhdud olmasıdır. Ölkədə kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu, iqlim və su ehtiyatları ilə bağlı çətinliklər buğda istehsalının genişləndirilməsinə və tələbatı ödəməsinə əngəl yaradır. Rusiya-Ukrayna müharibəsindən əvvəl razılaşmalar çərçivəsində Azərbaycan tərəfi Ukraynada müəyyən torpaq sahələrində buğda əkini ilə məşğul olmaq niyyətində idi. Lakin müharibə səbəbindən bu planlar reallaşmadı. Bu fakt bir daha göstərir ki, Azərbaycanın daxilində ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsini artırmaq üçün həm coğrafi, həm də iqtisadi resurslar məhduddur və bu səbəbdən idxal hələ də əsas rol oynayır".

"İdxal yerli məhsuldan sərfəlidir"

2024-cü ilin statistikasına əsasən, Azərbaycanın buğda idxalının əsas hissəsi Rusiya və Qazaxıstanın payına düşür. Regionda baş verən gərginliklər fonunda buğda ticarətində hər hansı risklərin olması, un və çörək məhsullarının qiymətinə təsiri narahatlıq doğurur. Mütəxəssis bildirir ki, buğda idxalının artması un və çörək məhsullarının qiymətlərinə birbaşa təsir göstərmir: "Əksinə, idxal məhsulları yerli istehsaldan daha ucuz başa gəldiyinə görə, qiymət artımı gözlənilmir. Azərbaycanın əsas idxal mənbəyi Rusiya olduğuna görə, oradan alınan ərzaqlıq buğda məhsulları aşağı tariflərlə, münasib qiymətə daxil olur. Bu da daxili bazarda un və çörək məhsullarının qiymətinin sabit qalmasına şərait yaradır. Rusiya ilə gərginliklərin idxala təsirinə gəldikdə isə, Moskva hazırda ağır iqtisadi sanksiyalar və böhran şəraitində olsa da, ölkə daxilində istehsal olunan məhsulların, xüsusilə də taxılın xaricə ixracını davam etdirir. Əksinə, bu məhsulların satışı Rusiya üçün əlavə gəlir mənbəyidir. Bu baxımdan inanmıram ki, Rusiya Azərbaycana buğda ixracını məhdudlaşdırsın".

Subsidiyalar, güzəştli kreditlər

Ekspert əlavə edir ki, ölkədə yerli buğda istehsalının artırılması üçün dövlət tərəfindən stimullaşdırıcı addımlar atılıb: "Subsidiyalar, güzəştli kreditlər və infrastruktur dəstəyi istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. Amma əsas məsələ əkinə yararlı torpaq sahələrinin artırılmasıdır. Bu olmadan daxili tələbatı tam qarşılayan istehsala keçmək çətin olacaq".

"İdxalın artması istehsalda azalma siqnalı deyil"

İqtisadçı Cəfər İbrahimli isə deyir ki, hazırda ərzaqlıq buğda ilə ölkənin özünü təmin etməsi istiqamətində bir sıra tədbirlər görülür. Lakin hələ də daxili istehsal ümumi tələbatı tam qarşılamaq gücündə deyil: "Faktiki olaraq Azərbaycanın bu sahədəki tələbatının yalnız 40 faizi yerli istehsal hesabına ödənilir, 60 faizi isə idxalla təmin olunur. Bu ilin ilk altı ayında buğda idxalında ciddi artım müşahidə olunur. Bu artım əsasən Rusiya və qismən də Ukrayna bazarları hesabına baş verir. İdxalın ilin əvvəlində artması isə istehsalda azalma siqnalı deyil, daha çox daxili ehtiyatların tənzimlənməsi və planlı tədarük siyasəti ilə bağlıdır. Əvvəllər idxal əsasən payız və qış aylarında baş tuturdusa, bu il tədarük prosesi daha erkən mərhələyə çəkilib. Bu, həm də qlobal bazarlardakı qiymət dəyişiklikləri və logistik risklər fonunda ehtiyatlı strategiyanın göstəricisi kimi dəyərləndirilə bilər".

"Hər il bir milyon ton buğda idxal edirik"

Mütəxəssis vurğulayır ki, ölkəmiz təqribən hər il bir milyon ton civarında ərzaqlıq buğda idxal edir. Bu il də bu həcmin dəyişməyəcəyi ehtimal olunur. Bu baxımdan, 2025-ci ilin ilk yarısında idxalın artması mütləq şəkildə daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər və cari tendensiyalar onu göstərir ki, idxalın artımı daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri