Icma.az
close
up
RU
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri münasibətləri strateji xarakter daşıyır ŞƏRH

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri münasibətləri strateji xarakter daşıyır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Xüsusilə son illərdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər sürətlə inkişaf edir. Hətta Azərbaycan BƏƏ ilə strateji əməkdaşlıqla bağlı saziş imzalayıb. Bu sənəd ikitərəfli münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoymasına imkan yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Onun sözlərinə görə, son ayların təcrübəsi göstərir ki, imzalanmış həmin sənəd, sadəcə, kağız üzərində qalan şüarlardan ibarət deyil. Əksinə, bu razılaşma artıq real proseslərə və konkret addımlara çevrilib.

“Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın Yaxın Şərq regionunda ən əsas ticarət və investisiya tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 2 milyard dollar təşkil edir. Bu da Azərbaycanın digər körfəz ölkələri ilə ticarət mübadiləsindən bir neçə dəfə çoxdur. Eyni zamanda, BƏƏ Azərbaycan üçün əsas investorlardan biri hesab olunur. Bu investisiyaların mühüm xüsusiyyəti ondan ibarətdir ki, onlar əsasən ənənəvi enerji sektoruna deyil, qeyri-ənənəvi, yəni “yaşıl enerji” sahəsinə yönəlir. Yaşıl enerji isə bu gün Azərbaycanın əsas prioritetlərindən biridir. Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də çox vacib siyasi tərəfdaşdır. Burada yalnız iqtisadi münasibətlərdən danışmaq kifayət etməz. Məsələ burasındadır ki, bu il ərzində məhz Əbu-Dabidə Azərbaycanla bağlı yüksəksəviyyəli görüş keçirilib. Bu isə onu göstərir ki, Azərbaycan Əbu-Dabinin təklif etdiyi platformanı qəbul edir və onu özü üçün faydalı hesab edir”, - deyə politoloq bildirib.

İ.Vəlizadə vurğulayıb ki, bu görüş olduqca əhəmiyyətlidir və gələcəkdə bir çox yüksəksəviyyəli görüşlərin uğuru üçün mühüm zəmin yaradır.

“Digər bir vacib məqam isə ölkələrimiz arasında mövcud olan oxşarlıqlardır. Bu amil münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz regionunda kommunikator rolunu oynayaraq müxtəlif ölkələr arasında əlaqələrin qurulmasına və tənzimlənməsinə töhfə verir. Bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri də Azərbaycan üçün həm simvolik, həm də praktiki baxımdan körpü rolunu oynayır. Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirirsə, Birləşmiş Ərəb Əmirlikləri Cənubi Asiyanı – Hindistanı, Pakistanı və ümumilikdə bu regionu Yaxın Şərq və Qərbi Asiya ilə əlaqələndirir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətləri strateji xarakter daşıyır. Şübhəsiz ki, bu münasibətlərin möhkəm təməlində Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın müstəsna rolu dayanır. Dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimad mühiti ikitərəfli münasibətlərin daha da inkişafı üçün güclü zəmin yaradır”, - deyə politoloq əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri