Azərbaycan biznes nümayəndə heyəti Dağıstana səfərə dəvət edilib
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Dağıstan başçısı Sergey Melikov bu ilin payızında Azərbaycan biznes nümayəndə heyətini respublikaya səfərə dəvət edib. SİA xəbər verir ki, bu barədə Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimov Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin respublika başçısı Sergey Melikovla görüşünün nəticələrinə dair verdiyi açıqlamada deyib.
Görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilib.
"Dağıstan başçısı Sergey Melikov Azərbaycan biznes icmasının nümayəndələrini mümkün əməkdaşlığın bütün istiqamətləri ilə tanış olmaq üçün bu ilin payızında regiona səfərə dəvət edib. İlk növbədə, bu, iqtisadiyyat və turizm istiqamətləridir", - o bildirib.
Baş nazir qeyd edib ki, görüş zamanı S.Melikov Azərbaycan və Dağıstan arasında münasibətlərin konkretləşdirilməsinə diqqət çəkib.
Baxış sayı:48
Bu xəbər 20 İyun 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















