Azərbaycan Biznesinin İnkişafı Fondu zərərlə işləyən kredit təşkilatları ilə əməkdaşlıq etməyəcək
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Biznesinin İnkişafı Fondunun müvəkkil təşkilatlara dair tələblər məlum olub.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Fondun vəsaitindən istifadə qaydasında öz əksini tapıb.
Qaydaya əsasən, Fondun dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak üçün müvəkkil təşkilatlara dair aşağıdakı tələblər müəyyən edilir:
- müvəkkil təşkilatın 3 illik fəaliyyət təcrübəsinin olması;
- müvəkkil təşkilatın son 2 maliyyə ili ərzində mənfəətlə fəaliyyət göstərməsi;
- Müvəkkil təşkilatların seçilməsi meyarlarını Fondun Müşahidə Şurası təsdiq edir.
Maliyyə bazarlarına nəzarət orqanının məcmu kapitalın məbləği, məcmu kapitalın adekvatlıq əmsalı, leverec əmsalı və ani likvidlik əmsalı üzrə müəyyənləşdirdiyi normativlərin tələblərini pozan banklar, nizamnamə kapitalının məbləği üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan bank olmayan kredit təşkilatları (BOKT) və nizamnamə kapitalının məbləği, kapitalın adekvatlıq əmsalı, aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan kredit ittifaqları Fondun müvəkkili ola bilməzlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 23 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















