Icma.az
close
up
RU
Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122ci sessiyasında təmsil olunub

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122ci sessiyasında təmsil olunub

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycan noyabrın 13-15-də Kolumbiyanın Kartaxena şəhərində keçirilmiş BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyasında iştirak edib.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının sədrliyi ilə keçirilən sessiyada Təşkilata üzv olan 31-dən çox dövlətin iştirakı baş tutub.

Tədbirdə Azərbaycanı Agentliyin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.

Sessiya çərçivəsində hazırda ölkəmizin ev sahibliyi ilə keçirilən COP29, eləcə də COP Prezidentliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində COP29-un tematik proqramına ilk dəfə olaraq turizmin daxil edilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə iştirak edən ölkələr "COP29 Turizm günü Tədbirləri" çərçivəsində təşkil ediləcək "Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü"nün yekununda qəbul edilməsi nəzərdə tutulan Bəyannaməyə qoşulmağa çağırılıb

Bununla yanaşı, Təşkilatın İcraiyyə Şurasının üzv dövlətləri 2025-ci ilin birinci yarısında ölkəmizin ev sahibliyi ilə təşkil ediləcək BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında iştiraka dəvət edilib.

Həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edilərək, müvafiq səsvermə zamanı üzv dövlətlərin verəcəyi dəstəyin əhəmiyyətli olduğu vurğulanıb.

BMT Turizmin Baş katibi Zurab Pololikaşvili öz növbəsində təqdim etdiyi hesabatda ölkəmizdə COP29-un yüksək səviyyəli təşkili münasibətilə Azərbaycanı təbrik edib, COP29-un nəinki Qafqazın, bütün regionun nüfuzunun artmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

İclasın sonunda keçirilən seçkilərin yekununda Braziliya 2025-ci il üzrə BMT Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see172

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri