Azərbaycan Bolqarıstandan Premium benzinin alışını 31 dəfə artırıb
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 151,41 milyon ABŞ dolları dəyərində 145 min 466 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 69 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Azərbaycan Bolqarıstandan 51,18 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 dəfə artıb) 42 min 882 ton (+31 dəfə), Yunanıstandan 38,7 milyon ABŞ dolları dəyərində 32 min 697 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 27,15 milyon ABŞ dolları dəyərində (-54 %) 31 min 241 ton (-55 %), Belarusdan 18,8milyon ABŞ dolları dəyərində (+90 %) 21 min 461 ton (+78 %), Birləşmiş Ərəb Əmirliklərindən 7,6 milyon ABŞ dolları dəyərində (-7 %) 9 min ton (-3 %) benzin alıb.
Hesabat dövründə Azərbaycan 3,86 milyon ABŞ dolları dəyərində (+39 %) 5 min 517 ton (+31 %) "Premium" markalı benzin ixrac edilib.
Azərbaycan Gürcüstana 2,69 milyon ABŞ dolları dəyərində (-3 %) 3 min 773 ton (-10 %) və Ermənistana 1,16 milyon ABŞ dolları dəyərində 1 min 743 ton benzin satıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Noyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















