Ermənistan ordusuna ayrılan vəsait kəskin artırılacaq
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan gələn il müdafiə sektoruna ayıracağı vəsaiti artırmağı planlaşdırır. 2027-ci ildə ölkənin Müdafiə Nazirliyinin büdcəsi cari illə müqayisədə 147,22 milyon dollar çox olacaq.
Milli.Az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.
Nazirin sözlərinə görə, gələn il Müdafiə Nazirliyinin sərəncamına 616 milyard dram (1,71 milyard dollar) vəsait veriləcək. Bu, 2026-cı ildə nəzərdə tutulan məbləğdən 53 milyard dram artıqdır.
Bildirilib ki, əlavə vəsait də daxil olmaqla, müdafiə büdcəsi silahlı qüvvələrin təminatına, hərbi infrastrukturun yenilənməsinə və ölkənin müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcək.
Qeyd edək ki, Ermənistan 2026-cı ildə hərbi xərclərini əvvəlki illə müqayisədə təxminən 16 faiz azaltmışdı. Həmin il bu sahəyə 563 milyard dram (təxminən 1,46 milyard dollar) ayrılmışdı.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Noyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















