Azərbaycan Britaniya ilə ikiqat vergitutmanı aradan qaldıracaq Foto
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Böyük Britaniya arasında gəlirlərə və əmlakın dəyərinin artımından əldə olunan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni Konvensiya layihəsi üzrə növbəti müzakirələr keçirilib.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Konvensiya layihəsinin müxtəlif müddəaları barədə fikir mübadiləsi aparılıb.
Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi və biznes tərəfdaşlığının təşviqi baxımından əhəmiyyətini vurğulayıb.
Tərəflər birgə fəaliyyətin təkmilləşdirilməsinin vergi inzibatçılığının səmərəliliyinin artırılması baxımından vacibliyini qeyd ediblər.
Vergi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müzakirələr konstruktiv, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçib.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















