Icma.az
close
up
RU
Azərbaycan bu hədəfləri vuracaq: Son xəbərdarlıq edildi

Azərbaycan bu hədəfləri vuracaq: Son xəbərdarlıq edildi

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Ana Vətən Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Prezidentinin Qərbi Azərbaycanla bağlı məsələni bir daha gündəmə gətirməsi Ermənistanda narahatlıqla qarşılanıb. İrəvanı bu məsələdə narahat edən səbəb nədir?

- Qərbi Azərbaycanlılar ata-baba torpaqlarına mütləq qayıdacaq. Bu, tarixi zərurətdir. Prezident İlham Əliyev bu günə qədər qarşıya qoyduğu bütün məsələləri həll edib. Bu mənada ölkə başçısının Qərbi Azərbaycana qayıdışla bağlı bəyan etdiyi mövqe birmənalı olaraq reallığa əsaslanır. Dövlət başçısının birbaşa diqqəti ilə Qərbi Azərbaycan İcması artıq özünü ciddi bir təşkilat kimi göstərməklə tarixi həqiqətlərin ortaya çıxması istiqamətində mühüm addımlar atır. Bu mənada “Qarabağ Azərbaycandır” düşüncəsi ilə yaşayıb onu reallaşdıran cəmiyyətimiz indi də tədricən “Qərbi Azərbaycan - Azərbaycandır” fəlsəfəsi ilə tarixi torpaqlara qayıtmaq üçün öz fəaliyyətini səfərbərliyə almaqdadır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası da bilir ki, bu torpaqlar Azərbaycana məxsusdur. Lakin bunu onlar etiraf edə bilmir. Sözsüz ki, bu etiraf onlar üçün daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də, erməni tərəfi bu mövzuya qarşı sona qədər müqavimət göstərməyə çalışacaq.

- Ermənistan tərəfinin sona qədər inkarçı mövqedə durması prosesə necə təsir edə bilər?

- Sözsüz ki, Qərbi Azərbaycanla bağlı Azərbaycan Prezidentinin və xalqının güclü iradəsi qarşısında erməni tərəfinin müqaviməti çox zəifdir. Ona görə də, Ermənistanın nə deməsindən və hansı bəyanatları verməsindən asılı olmayaraq soydaşlarımızın Qərbi Azərbaycana qayıtması prosesi gedir. Yaxın zamanlarda biz bu qayıdışın şahidi olacağıq.

- Bu gün sülhdən danışa-danışa Ermənistanın silahlandırılması hansı risklər yaradır? Yeni müharibə ehtimalı varmı?

- Azərbaycan Prezidenti də haqlı olaraq bu məsələ ilə bağlı öz mövqeyini bəyan etdi. Ermənistanı himayə edən dövlətlərin və qüvvələrin də diqqətinə bu məsələ çatdırılıb. Çünki işğalçı bir ölkənin silahlandırılması yolverilməz haldır və bu eskalasiya riskini artırır. Eyni zamanda bu hərəkətlər Ermənistanda revanşizmi stimullaşdırır. Belə olan halda Azərbaycan özünün sərt addımlarını atacağı ilə bağlı Ermənistana xəbərdarlıq edilib. Lakin hələ də qarşı tərəf və onu himayə edən qüvvələr bundan nəticə çıxartmayıblar. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son xəbərdarlıq etdi. Əgər Ermənistan bundan sonra da silahlanmanı davam etdirsə, bütün məsuliyyət onun üzərinə düşür. Çünki Azərbaycan özünə qarşı istiqamətlənən silahların atışı zamanını gözləməyəcək. Bu silahların hər biri Azərbaycan üçün konkret legitim hədəfdir.

- Rəsmi İrəvan edilən bütün xəbərdarlıqlara əməl etməsə, nə baş verə bilər?

- Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Dünyada işğalçı dövlət kimi tanınan Ermənistanın silahlanması region üçün risklər yaradır. Məhz işğalçı dövlətin bu cür davranışları onu Azərbaycan üçün legitim hədəfə çevirir. İrəvana verilən o silahlarla Azərbaycana növbəti zərbələrin vurulması gözlənilməyəcək. Ölkəmiz özünün hərbi gücü ilə bütün hədəfləri anındaca məhv etmək qabiliyyətindədir. Eyni zamanda aidiyyatı qurumlar yerdə olan bütün prosesləri izləyib Ali Baş Komandana dəqiq məlumatlar çatdırır. Sözsüz ki, Ermənistan edilən bütün xəbərdarlıqlardan nəticə çıxartmasa, ona verilən silahların alovu içərisində yanmalı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Yanvar 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri