Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı rayonun Çöhranlı kənd sakini, 1995-ci il təvəllüdlü Elçin Eynulla oğlu İbrahimovun idarə etdiyi “Nissan” markalı avtomobillə Ağdaş şəhər sakini Anar İntiqam oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü, həmçinin “Mercedes”in sərnişinləri – Gəncə şəhər sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Vasif qızı Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Vüqar oğlu Tağıyev xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















