Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

İsmayıl Cingöz: Paşinyan xalqını qondarma soyqırım iddialarından əl çəkməyə inandıracaq

İsmayıl Cingöz: Paşinyan xalqını qondarma soyqırım iddialarından əl çəkməyə inandıracaq

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qondarma erməni soyqırımı iddiaları, geniş miqyasda müzakirə olunan və siyasi müstəvidə mühüm yer tutan bir məsələdir. Bu iddialar müasir dövrdə müxtəlif diplomatik və siyasi məqsədlər üçün istifadə edilməkdədir. Xüsusilə, erməni diasporası tərəfindən bu mövzu beynəlxalq aləmdə aktiv şəkildə təbliğ edilir və bununla bağlı beynəlxalq səviyyədə qərarlar qəbul edilməyə çalışılır.

Tarixən, bəzi erməni liderləri və tarixçiləri soyqırım iddialarının yalan olduğunu etiraf ediblər. Lakin zamanla, bu iddialar dünya səviyyəsində daha çox tanınmağa və bəzi ölkələr tərəfindən rəsmi olaraq qəbul edilib.

Ermənistanın hazırkı vəziyyəti, xüsusilə ölkənin iqtisadi çətinlikləri və siyasi vəziyyəti, bu məsələnin necə idarə olunacağına dair mühüm suallar doğurur. Paşinyan hökuməti, Ermənistanın gələcəyi üçün Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Lakin, erməni diasporası və müxalifəti bu məsələnin siyasi maraqlarını güdür, buna görə də soyqırımı iddialarının üzərində dayanırlar.

Bu mövzuda atılacaq addımlar, həm Ermənistanın gələcək siyasətini, həm də regiondakı sabitliyi müəyyən edə bilər.


Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlama verib:


"Qondarma erməni soyqırımlarının yalan olduğunu Ermənistanın ilk baş naziri Hovhannes Kaçaznuni 1925-ci ildə etiraf edib. Bu da "Kaçaznuninin etirafları" kimi nəşr olunub. Unudulmamalıdır ki, 1950-ci illərə qədər erməni soyqırımı iddiaları indiki kimi Avropada və ya erməni ictimaiyyətində heç vaxt müzakirə mövzusu olmayıb. Bəzi ifratçılar 1950-ci illərə qədər erməni soyqırımı iddialarını zaman-zaman dilə gətirirdilər, lakin unutmaq olmaz ki, 1950-ci ildən sonra xüsusilə Amerika və Avropadan gələn bu iddia hədsiz dərəcədə artmış və bu gün də artmaqda davam edir. Çünki 1950-ci illərdə Türkiyə NATO-ya üzv olmaq prosesində olanda Amerikadakı erməni diasporu rəsmi Ankaraya qarşı kompaniya hazırlamağa başladı. Bununla bərabər erməni diasporasının Amerikada başlatdığı kompaniylar Avropaya və Rusiyaya da sirayət edərək bütün dünyadakı ermənilər arasında sürətlə yayıldı.

Əvvəla, onlar bütün bunların yalan olduğunu bildikləri halda bu yalan iddialara inandılar. Çünki erməni üsyançıları, ingilis üsyançıları, amerikalı üsyançılar, rus qiyamçıları soyqırımın əsl qurbanlarının türklər olduğunu bilirdilər və görürdülər.  

Ermənilər bilərəkdən türkləri qırıblar. Türklərin qatilləri ermənilərdir. Bunu onların özləri də bilirlər".


Ekspert bu gün Ermənistanın yox olmaq təhlükəsi ilə üz-üzə qaldığını söyləyib:

"Rəsmi İrəvan Türkiyənin erməni soyqırımı ilə bağlı arxivlərin açılması tələblərinə heç vaxt cavab verməyib. Nəticədə Nikol Paşinyan da sonda bu qənaətə gəlmək məcburiyyətindədir. Çünki Ermənistanın Türkiyə və Azərbaycandan başqa dünyaya açılan qapısı sadəcə İran və Gürcüstan üzərindəndir. 

Bu gün Ermənistan yox olmaq üzrədir. 1 milyon 200 minə düşdüyü güman edilən Ermənistan əhalisinin yox olmaq və iqtisadi tükənmək ərəfəsində olduğu bir vaxtda Ermənistanın Türkiyə ilə normallaşma, Azərbaycanla daimi sülh ambisiyalarını alt-üst edən Paşinyan görürük. Ermənistanın baş naziri bu çətin vəziyyətdə xalqın birtəhər bunu qəbul edəcəyini düşünür. 

Bununla belə, onun unutduğu və görməzlikdən gəldiyi bir məqam var. Paşinyan erməni diasporu və erməni müxalifətinin qondarma soyqırım iddialarından çox böyük faydalar əldə etməsini və bundan siyasi maraqları üçün istifadə etməsini görməzlikdən gəlir. Deyə bilərik ki, bu, Paşinyanın dilemmasıdır".


Siyasi analitik Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi və torpaqlarını azad etməsi ilə rəsmi Bakının Ermənistandan maddi və mənəvi təzminat tələb etmək hüquqlarının beynəlxalq müstəvidə ortaya çıxdığını bildirib:

"Biz onu da bilirik ki, Ermənistan Azərbaycanın 30 ildir işğal etdikləri Qarabağ bölgəsinin yeraltı və yerüstü sərvətlərindən istifadə edib. Bu sərvətləri xüsusilə Fransa şirkətləri vasitəsilə çıxarıblar. Sözü gedən şirkətlər də bu kompensasiyaya daxildirlər.  Azərbaycanın isə erməni və fransız şirkətlərinə olan kompensasiya hüququ qorunur və daimi olaraq qalır. Bundan başqa, Xocalı Soyqırımı hadisəsində olduğu kimi, işğal olunmuş ərazilərin bütün yaşayış məntəqələrində də bu soyqırımda olduğu kimi oxşar hadisələr baş verib. Xocalı Soyqırımı qurbanlarından bəziləri hələ də sağdır. Mərhumların ifadələri isə lentlərdə qalmaqdadır. Həmçinin buna görə də Azərbaycanın təzminat almaq, gələcəkdə beynəlxalq məhkəmələrdə onlardan istifadə etmək hüququ var.  Lakin Ermənistanın bu təzminatları ödəməyə maddi imkanı olmadığı da göz qabağındadır. Bu kompensasiyaları ancaq torpaq verməklə qarşılaya bilər. Bunu Ermənistan da bilir. 

Ona görə də deyə bilərik ki, onlar bunu yumşaq bir keçidlə keçmək istədilər və bu proses üçün vaxt lazım olduğunu bəyan etdilər.

Ancaq burada yenə də Paşinyan hökumətinin üzərinə çox iş düşür. Ermənistanın baş naziri bir çox maarifləndirici mövzularla xalqını soyqırım iddialarından əl çəkməyə inandıracaq və vizual, yazılı media vasitələrindən istifadə edəcək. Lakin onun diasporu və müxalifəti necə razı salacağını zaman göstərəcək. Başqa sözlə, erməni diasporunu, xüsusən Amerika, Fransa və Rusiyadakı erməni diasporunu razı salmadan Paşinyanın dediyi kimi buna nail olmaq çətin görünür".


Ekspertin sözlərinə görə Avropa və Amerikadakı erməni diasporu qondarma erməni soyqırımı iddialarından külli miqdarda pul toplayıb və bunu gəlir mənbəyinə çeviriblər: 

"Onların toplanan pulların ən azı 80/100%-ni şəxsi maraqları üçün istifadə etdikləri, toplanan milyardlarla dolların yalnız 20/100%-ni Ermənistana göndərdikləri barədə beynəlxalq mətbuatda da vaxtaşırı məlumatlar verilib. Yəni diaspor bunu Ermənistana kömək etməkdənsə, öz maliyyə maraqları üçün istifadə edən diskursa çevirib. Erməni soyqırımı iddiaları ilə topladıqları pullardan əldə etdikləri gəlirdən əl çəkməmək üçün bu iddiaları davam etdirəcəklər.

Lakin Türkiyə ilə Azərbaycan arasında normallaşma yaşamadan Ermənistanın uzunmüddətli perspektivdə varlığını davam etdirməsi çox çətindir. Ermənistan bunu etməsə özünü məhv edəcək, əhalisi iqtisadi cəhətdən tükənəcək, məhv olacaq vəziyyətlə üzləşəcək.

Dünya artıq Ermənistanın yalanlarına inanacaq vəziyyətdə deyil".


İsmail Cingöz sonda ermənilərin etdiklərinə görə utanıb bir daha bu barədə danışmasalar, Türkiyə, Azərbaycan və türk dünyasının Ermənistanı bağışlaya biləcəyini söyləyib. O, qeyd edib ki, türklərin psixologiyası və ya insan quruluşu ermənilərdən fərqlidir, türklər düşmənçilik tərəfdarı deyillər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see131

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri