Icma.az
close
up
RU
Azərbaycan büdcəsinin sərbəst qalığının 2,5 milyard manatı banklarda depozit kimi yerləşdirilib

Azərbaycan büdcəsinin sərbəst qalığının 2,5 milyard manatı banklarda depozit kimi yerləşdirilib

Icma.az bildirir, Banco.az portalına istinadən.

Bu ilin iyulun 1-nə yerli banklarda vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığı hesabına yerləşdirilən depozitlərin həcmi 2,5 milyard manat olub.

Bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də bildirilib.

"Hesabat dövründə ilk dəfə olaraq dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə aprel ayından başlayaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracları təşkil edilib. Bu əməliyyatlar bankların likvidliyinə artırıcı təsir göstərib, izafi likvidliyin aradan qaldırılması məqsədilə Mərkəzi Bank hesabat dövründə sterilizasiya əməliyyatlarını (repo və depozit hərracı) diqqətdə saxlayıb", - xülasədə qeyd olunub.

Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar hesabat dövründə 1,4 milyon manat proqnoza qarşı 23,4 milyon manat (16,7 dəfə çox)  icra edilib ki, bunun da 14,6 milyon manatı əvvəlki ildə Azərbaycan Dövlət Neft Fonduna idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmış gəlirlərdir (ARDNF-in məlumatlarına əsasən).

Qeyd edək ki, bu mənbə üzrə illik proqnoz 10 milyon manat təsdiq edilib. Aparılan təhlillər müvafiq əməliyyatlar üçün sərbəst qalıq vəsaitləri ilə yanaşı, müstəqil kredit sərəncamçılarının da vəsaitlərindən istifadə edildiyini deməyə əsas verir. Hesabat dövründə bu prosesin hüquqi tənzimləməsi mövcud olmasa da, "Büdcə sistemi haqqında" Qanuna 2025-ci il 14 iyul tarixli dəyişikliklərlə büdcə ili ərzində vahid xəzinə hesabının qalığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən idarə olunması və idarəetməyə verilməsi barədə maddə əlavə edilib. Bu dəyişikliklər "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nda, eləcə də vahid büdcə təsnifatında büdcə gəlirlərinin təsnifatında "Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar" paraqrafında uyğunlaşmaları zəruri edir.

Aparılmış təhlil hesabat dövrünün ayları üzrə dövlət büdcəsinin icrası ilə bağlı ayın sonuna qalığın məbləğinin ayın əvvəlinə olan qalıq göstərici + profisit (kəsir) + kəsirin maliyyələşdirilməsi məbləğinə bərabər olmadığını göstərir. Ümumilikdə hesabat dövrü üzrə fərq məbləği cəmi 198,9 milyon manat təşkil edib.

Təhlilər göstərir ki, daxili dövlət borcunun istiqraz portfelində qısa və ortamüddətli istiqrazların payı əvvəlki dövrə nisbətən əhəmiyyətli dərəcədə azalıb ki, bu da dövlətin borc portfelini uzunmüddətli istiqamətə yönəltmək strategiyasının nəticəsi kimi qiymətləndirilə bilər. 2-3 illik istiqrazların həcmi əvvəlki dövrə nisbətən kəskin azalıb, lakin portfeldə hələ də əsas paya malikdir, bu da dövlət borcunun ortamüddətli ödəniş strukturunu formalaşdırır. Əhəmiyyətli artım isə 5 illik və daha uzun müddətli istiqrazlarda müşahidə olunur ki, onların payı həm dövlət qiymətli

kağızları, həm də daxili dövlət borcu üzrə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu tendensiya dövlət istiqrazlarının orta ödəniş müddətini əhəmiyyətli dərəcədə artıraraq 1,47 ildən 2,93 ilə çatmasını şərtləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://banco.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri