Icma.az
close
up
RU
MM sədri Bəhreyn Kralı ilə görüşüb

MM sədri Bəhreyn Kralı ilə görüşüb

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata əsasən, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb.
Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək, ölkələrimiz arasında mövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi, investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanları yaratdığını bildirib. O, bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladıb. Söhbət zamanı dost ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Spiker Sahibə Qafarova bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu qeyd edərək, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin və sıx təmasların qanunvericilik orqanları arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, səfər çərçivəsində keçirdiyi görüşlər və parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Yanvar 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see357

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see350

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see342

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see342

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see339

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see336

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see314

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see301

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see290

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see260

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see260

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see253

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see227

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see225

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see225

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see218

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see216

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see206

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri