Icma.az
close
up
RU
Rekord təkrarlandı: Bir turda 7 legioner baş məşqçi

Rekord təkrarlandı: Bir turda 7 legioner baş məşqçi

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turunda baş tutub.

Ötən tur 7 legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub. 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas ("Sabah"), Kurban Berdıyev ("Turan Tovuz"), Saşa İliç ("Sumqayıt"), Andrey Demçenko ("Araz-Naxçıvan"), Yuri Vernidub ("Neftçi"), Jorj Kaşkilya ("İmişli") və Kaxaber Tsxadadzenin ("Qəbələ") rəhbərlik etdiyi komandalar meydana çıxıb. Düzdür, onlardan ikisi – İliç və Tsxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, kənardan rəhbərlik edib.

Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Sonuncu dəfə 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilən turda 7 əcnəbi baş məşqçi olub.

Həmin vaxt Kaxaber Tsxadadze ("İnter"), Almir Hurtiç ("Muğan"), Toni Adams ("Qəbələ"), Qyoko Hacıyevski ("Simurq"), Naci Şensoy ("Turan"), Mirça Rednik ("Xəzər Lənkəran"), Aleksandr Starkov ("Bakı") komandalara rəhbərlik ediblər.

Ümumiyyətlə, indiyədək yalnız 2008/2009 və 2011/2012 mövsümlərinin gedişində belə hal yaşanıb. 2008/2009 mövsümündə I turu 7 legioner baş məşqçinin olduğu ilk oyunlar kimi tarixə düşüb. 2008-ci ilin yayında Qyoko Hacıyevski ("Bakı"), Valentin Xodukin ("İnter"), Anatoli Demyanenko ("Neftçi"), Roman Pokora ("Simurq"), Kaxaber Tsxadadze ("Standard"), Mustafa Yılmaz ("Turan"), Rasim Kara ("Xəzər Lənkəran") iş başında olub.

Kurban Berdıyev: “İkinci qolu tez vursaydıq…” “Qarabağ” hücumçu transfer edir - SON DƏQİQƏ "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - YENİLƏNİB Səfərdə 100-cü qələbə "Şamaxı"dan 30-cu böyük hesablı məğlubiyyət
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri