Bakı Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı–Tbilisi marşrutu üzrə gündüz hərəkət edən əlavə qatar reysi 100 %-lik doluluqla yola düşüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq ADY-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər bu marşrut ilə səfərə böyük maraq göstəriblər. pizza mizza
Qeyd edək ki, noyabrın 1-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 2-dən 4-ə çatdırılıb. Belə ki, bununla yerlərin sayı 386-dan 564-ə çatdırılıb və bu da təxminən 50 %-lik artım deməkdir.
Yeni reyslər sərnişinlərə həm də gündüz səyahət imkanları təqdim edir. Belə ki, hər gün qatar Bakıdan 23:10 və 09:10-da, Tbilisidən isə saat 11:00 və 22:00-da hərəkət edəcək. Bakıdan Tbilisiyə minimum gediş haqqının 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















