Icma.az
close
up
RU
“Azərbaycan bütün güc mərkəzləri ilə tərəfdaş olmağa çalışır” Politoloq ŞƏRHİ

“Azərbaycan bütün güc mərkəzləri ilə tərəfdaş olmağa çalışır” Politoloq ŞƏRHİ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan-Çin əlaqələri son dövrlərdə daha da dinamik xarakter alıb.

Ticarət, logistika və mədəni sahələrdə artan əməkdaşlıq iki ölkə münasibətlərini strateji tərəfdaşlığa doğru yaxınlaşdırır.

Bu yaxınlaşma hansı riskləri və imkanları özündə ehtiva edir?

Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı qeyd edib ki, Azərbaycan-Çin münasibətlərinin son illərdə sürətlə inkişafının təməl səbəbi hazırkı dünya sisteminin gedərək yeni dünya sistemi ilə əvəzlənməsi prosesinin başlanmasıdır:

“Çünki hazırkı dünya sistemində tək bir qütb var idi və Qərb güc mərkəzi idi. Başda ABŞ olmaqla həmin güc mərkəzi dünya siyasətini bir növ istədiyi kimi şəkilləndirirdi.

Amma formalaşmaqda olan yeni dünya düzəni hələ tam formalaşmadığı reallıqda belə, görünür Rusiya Qərbin diktələrini dinləmir. Çin dinləmir, Türkiyə dinləmir, Braziliya dinləmir. Hindistan belə artıq ABŞ-ın sözləri və istəkləri ilə oturub-durmur, öz maraqlarından çıxış edir. Bu isə onu göstərir ki, yeni dünya düzənində artıq vahid mərkəz olmayacaq.

Bir neçə siyasi-iqtisadi mərkəzlər, güc mərkəzləri olacaq və bunların hamısı ilə nə qədər yaxşı, nə qədər çox tərəfdaş ola bilsən, bir o qədər qazancda çıxacaqsan. Azərbaycan hakimiyyəti də bu reallığı görür, anlayır və başqa bir reallıq da buradan özünü göstərir ki, yeni dünyanın ən güclülərindən biri də Çin olacaq.

Əgər ABŞ Çinə ölümcül hərbi yolla – ya özü birbaşa müdaxilə etməklə, ya da proksi qüvvələrin əli ilə hərbi cəhətdən zərbə vurmasa, Çin yeni dünyanın bəlkə də ABŞ-dan da güclü bir mərkəzinə çevriləcək. Ona görə də Azərbaycan hakimiyyəti indi yeni dünyanın ən güclüsü və ya ən güclülərindən biri ilə münasibətlərini maksimum yaxşılaşdırmağa çalışır”.

Politoloq bildirib ki, Azərbaycan yalnız Çinlə deyil, ABŞ və Qərblə, həmçinin anti-Azərbaycan mövqelərindən əl çəkəcəkləri təqdirdə Rusiya ilə də münasibətlərini yaxşılaşdırmağa çalışır.

“Məqsəd dinc birgə yaşayış, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasıdır.

Təkcə bu adlar çəkilənlərlə deyil, dünyanın bütün güclü dövlətləri ilə bu siyasət davam etdirilir. Çinlə əməkdaşlığın məqsədi də məhz buradan qaynaqlanır. Azərbaycan istəyir ki, yeni dünyada ən güclülərin tərəfdaşı olsun və bu bloklararası qarşıdurmalarda, çəkişmələrdə itirən tərəflər arasında yer almasın. Yəni sadəcə bir tərəfin tərəfdaşı kimi çıxış etməsin, bütün tərəflərin tərəfdaşı olsun və bütün tərəflərlə münasibətlərdən qazanc əldə edə bilsin. Bu kifayət qədər demokratik siyasətdir.

Artıq Çinlə strateji tərəfdaş olmuşuq. ABŞ-la bu istiqamətdə strateji tərəfdaşlığın hazırlanması istiqamətində görüşlər keçirilir. Rusiya ilə münasibətlərimiz yüksək səviyyədədir. Son dönəmlərdəki durğunluqlar da yəqin ki, zamanla öz həllini tapacaq və Azərbaycan bu istiqamətdəki addımlarını yeni mərhələdən davam etdirəcək.

Çinlə əməkdaşlığın prioritet istiqamətləri də kifayət qədər çoxdur. Azərbaycan süni intellektin inkişafı, robot texnologiyalarının inkişafı, ağır sənaye və yüngül sənayenin inkişafı kimi bir çox məsələlərdə Çin təcrübəsindən faydalana bilər. Bu əməkdaşlıq ölkəmiz üçün yeni imkanlar aça bilər”.

O, eyni zamanda tərəfdaşlığın risklərinin də mövcud olduğunu vurğulayıb

“Çünki yeni dünya düzəninin formalaşması prosesi ağrısız olmayacaq. İndidən artıq qruplaşmalar yaranır. Yəni fərqli güc mərkəzləri bir-birinə rəqib olan ölkələrlə münasibətlərdə geri qalmamaq üçün qruplaşmalara gedirlər. Bu qruplaşmalar isə bir müddətdən sonra hərbi bloklara çevrilmə təhlükəsi ilə də qarşımıza çıxa bilər.

Bu risklər baş verərsə, Azərbaycan və digər dövlətlər həmin qruplaşmalar arasında yaranacaq böhranlardan siyasi və ya iqtisadi cəhətdən zərbə ala bilərlər. Məsələn, əgər ABŞ-Çin iqtisadi müharibəsi başlayarsa və bu, qlobal səviyyədə genişlənərsə, beynəlxalq ticarət və əməkdaşlıq mühiti pozulacaq. Bu da Azərbaycana müəyyən mənada təsir göstərəcək. Əgər hərbi münaqişələr baş verərsə, qlobal ticarət və iqtisadiyyat, həmçinin siyasi sabitlik də pozulacaq və Azərbaycan da bundan öz payını alacaq.

Ən əsası isə, Azərbaycan bu bloklararası qarşıdurmalar zamanı seçim qarşısında qala bilər. Şərq bloku tam əməkdaşlıq tələbi ilə çıxış edə, Qərb isə öz tərəfinə çəkməyə çalışa bilər. Bu risk hazırda aktiv olaraq qalır.

Azərbaycan tərəfi bu riskləri sığortalamaq üçün mühüm addımlar atıb. Çinlə strateji tərəfdaşlıq, ABŞ-la yaxınlaşma, Rusiya ilə əlaqələrin inkişafı, Türkiyə ilə müttəfiqlik münasibətləri, Braziliya ilə siyasi məsləhətləşmələrin ikinci raundunun keçirilməsi kimi addımlar bu istiqamətdə aparılan siyasətin nümunələridir. Lakin risk hər zaman qalır. Bu riski minimuma endirmək üçün Azərbaycan tərəfi Qoşulmama Hərəkatının prinsiplərinə, tərəfsizlik və balans siyasətinə əsaslanan addımlarını davam etdirməlidir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri