Icma.az
close
up
RU
Azərbaycan bütün siyasi platformalardaehtiramla qarşılanan dövlətdir

Azərbaycan bütün siyasi platformalardaehtiramla qarşılanan dövlətdir

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xarici siyasət kursurespublikamızın milli maraq və mənafeləriniqətiyyətlə təmin etməklə yanaşı, regionda vəbeynəlxalq müstəvidə mövqeləriniəhəmiyyətli dərəcədə möhkəmləndirib. Prezident İlham Əliyevin son həftələrdəiştirak etdiyi  BMT Baş Assambleyasının 80-ci sessiyası, “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı və Türk DövlətləriTəşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində keçirdiyi görüşlərdeyilənlərin bariz təsdiqidir.

Cənab İlham Əliyevin oktyabrın 9-10-daTacikistana səfəri və MDB Dövlət BaşçılarıŞurasının iclasında iştirakı bu reallığın növbətitəzahürü oldu. Dövlətimizin başçısınınTacikistana səfəri iki baxış bucağından – Azərbaycan-Tacikistan münasibətləri vəAzərbaycan-MDB münasibətləri kontekstindənqiymətləndirilməlidir.

Azərbaycanla Tacikistan arasındakı tarixi, mədəni və dini bağlılıqlar, eləcə də alisəviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət vəehtirama söykənən siyasi dialoq əlaqələrinəsasını təşkil edir.  Son illərdə münasibətlərdaha da genişlənmiş, məzmuncazənginləşərək, strateji tərəfdaşlıq səviyyəsinəyüksəlmişdir. Bunun əsas səbəbi Azərbaycanvə Tacikistan prezidentləri arasındakı dostluqmünasibətləri, onların qarşılıqlı səfərləridir. 

2024-cü ilin may ayında TacikistanPrezidenti Emoməli Rəhmonun Azərbaycanadövlət səfəri iki ölkə arasındakı əlaqələrininkişafında yeni keyfiyyət mərhələsinin əsasınıqoydu. Həmin səfər zamanı imzalanan“Azərbaycan Respublikası ilə TacikistanRespublikası arasında strateji tərəfdaşlıqhaqqında Bəyannamə” dövlətlərarasımünasibətlərə strateji məzmun gətirdi. Həminsəfər çərçivəsində keçirilən biznes-forum isətərəflərin iqtisadi-ticari əlaqələrini inkişafetdirmək üçün geniş imkanlara malik olduqlarınıgöstərdi.

Prezident İlham Əliyevin bu günlərdəDüşənbəyə səfəri Azərbaycanla Tacikistanarasındakı yüksək siyasi və dostluqmünasibətlərinin növbəti təcəssümü oldu. Prezidentlərin söhbəti zamanı Azərbaycanda vəTacikistanda, həmçinin beynəlxalq tədbirlərçərçivəsində görüşlər məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlifsahələrdə əməkdaşlığın daha dagenişləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdəiclasında da iki dövlət arasındakı əlaqələrənəzər salaraq, qardaş Tacikistan xalqınıPrezident  Emoməli Rəhmonun rəhbərliyi iləəldə olunmuş uğurlar və nailiyyətlərmünasibətilə təbrik etdi. Dövlətimizin başçısıikitərəfli münasibətlərin ardıcıl inkişafını qeydedərək, onların qardaşlıq, dostluq, qarşılıqlıdəstəyə əsaslandığını və böyük inkişafpotensialına malik olduğunu bəyan etdi.

Azərbaycan və Tacikistan prezidentlərininDüşənbədəki görüşü dövlətlərarası əlaqələrininkişafı istiqamətində böyük siyasi əhəmiyyətdaşıdı. Eyni zamanda bu görüş göstərdi ki, əlaqələrin inkişaf etdirilməsi istiqamətində həriki ölkənin rəhbərliyi böyük siyasi iradə nümayişetdirir.

Azərbaycan-MDB münasibətlərinə gəldikdə, respublikamız hər zaman bu təşkilatınfəaliyyətinə böyük töhfələr verib. Ermənistanistisna olmaqla bu gün Azərbaycanın digərMDB dövlətləri ilə yüksək səviyyəli siyasimünasibətləri var. Bu münasibətlər həmikitərəfli, həm də kollektiv tərəfdaşlıqformasında uğurla həyata keçirilir. Azərbaycanın MDB üzvləri ilə iqtisadi əlaqələridə ildən ilə artan xətt üzrə inkişaf edir, əmtəədövriyyəsi, qarşılıqlı investisiyaların qoyulmasıartır.

Məlum olduğu kimi MDB HumanitarƏməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabrtarixli qərarına əsasən Laçın şəhəri 2025-ci ildə“MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Laçının 2025-ci ildə MDB-nin mədəniyyətpaytaxtı elan edilməsi ilk növbədə bu təşkilatdaAzərbaycana olan yüksək ehtiramınnümunəsidir. Bu qərar mühüm sosial-mədəniəhəmiyyət daşıyır və Azərbaycanın işğaldanazad edilmiş ərazilərinin mədəni və iqtisadidirçəliş prosesinə MDB üzvləri tərəfindəndəstəyinin ifadəsidir. Laçın şəhərinin “MDB-ninmədəniyyət paytaxtı” elan edilməsi həm də buşəhərin mədəni dirçəlişi və beynəlxalqəməkdaşlıq sisteminə fəal inteqrasiyası üçünmühüm təkandırDüşənbədə MDB DövlətBaşçıları Şurasının məhdud tərkibdə iclasındabu məsələyə diqqət çəkən cənab Prezidentİlham Əliyev Laçın şəhərinin bu il MDB-ninmədəniyyət paytaxtı kimi namizədliyinidəstəklədiklərinə görə MDB dövlət başçılarınatəşəkkürünü bildirdi. Eyni zamanda dövlətimizinbaşçısı tamamilə dağıdılmış Laçının bir neçə ilərzində ən gözəl və yaşayış üçün rahatşəhərlərdən birinə çevrildiyini böyük qürurlaiclas iştirakçılarının diqqətinə çatdırdı.

Bu günlərdə isə Azərbaycan III MDB Oyunlarına ev sahibliyi etdi. Bu idman tədbirinin2025-ci ildə Azərbaycanda keçirilməsi barədəqərar "Müstəqil Dövlətlər Birliyinin iştirakçısıolan dövlətlərin bədən tərbiyəsi və idmansahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdmanŞurasının 2021-ci il 20 dekabr tarixlinövbədənkənar iclasında qəbul edilib. Buhüququn Azərbaycana verilməsi də MDB çərçivəsində respublikamıza olan böyüketimadın göstəricisi oldu.

III MDB Oyunları Azərbaycanın 7 şəhərində- Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildi. Yarışlarda həmMDB üzvləri olan, həm də qonaq ölkələrdən1600-dən çox idmançı iştirak etdi. Respublikamız indiyə qədər ev sahibliyi etdiyidigər idman tədbirləri kimi III MDB Oyunlarınıda yüksək səviyyədə təşkil etdi. Xarici qonaqlarbir daha təşkilatçılığın və qonaqpərvərliyinAzərbaycan nümunəsinə şahidlik etdilər.

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdəiclasında III MDB Oyunlarına da toxunaraqbildirdi ki, bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından kənardadostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara vəqarşılıqlı hörmətə əsaslanan münasibətləringüclənməsinə kömək edir.

Cənab Prezident İlham Əliyevin Tacikistanasəfəri Azərbaycanın çoxvektorlu xaricisiyasətinin növbəti göstəricisi oldu. Dövlətimizinbaşçısının bu səfəri və MDB Dövlət BaşçılarıŞurasının məhdud tərkibdə iclasında iştirakı birdaha təsdiq etdi ki, Azərbaycan bütün siyasiplatformalarda ehtiram və hörmətlə qarşılanandövlətdir.

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://missiya.az
archiveBu xəbər 12 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri