Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Azərbaycan ailəsinin əsas himayəçisi dövlətdir

Azərbaycan ailəsinin əsas himayəçisi dövlətdir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması



Ailənin möhkəmliyi qanunlarla mühafizə olunur 



Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib. Komitənin sədri Hicran Hüseynova tədbiri açaraq, bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. 5 il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa edib. Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bununla əlaqədar olaraq, keçiriləcək tədbirlər çərçivəsində rəhbərlik etdiyi komitə tərəfindən bugünkü ictimai dinləmənin təşkil edildiyini söyləyib. Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən birinin də Azərbaycan Konstitusiyasının hazırlanması olduğunu vurğulayıb, qeyd edib ki, Konstitusiyada ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları müvafiq maddələrdə müəyyən edilib. Komitə sədri dövlətimizin Əsas sənədində nikah və ailənin dövlətin himayəsində olduğunu, ana, ata, uşaq hüquqlarının qanunla mühafizə edildiyini deyib. Diqqətə çatdırılıb ki, Konstitusiyanın müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsi qəbul olunub və ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilib. Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər ailə siyasətinin dövlətimizin prioritet istiqamətlərindən olduğunu bir daha təsdiqləyir. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsbit edilir. Qeyd edilib ki, qadın hüquqları müvafiq qanun və məcəllələrdə də öz əksini tapıb və bu, ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsini təmin edir, həmçinin zorakılığın, xüsusilə qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün mexanizm yaradır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, müasir Konstitusiyada qadın hüquqları əsas prioritetlərdən biridir. Komitə sədri, eyni zamanda, 1978-ci ilin Konstitusiyasının qəbulunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, bir sıra yeniliklərin olduğunu və ilk dəfə qadın hüquqlarının, ailə məsələlərinin öz əksini tapdığını qeyd edib. Ailənin dövlət tərəfindən müdafiə olunduğu, nikahda qadın və kişi bərabərliyi, uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit edildiyini söyləyib. Ə.Hüseynli qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident seçildikdən sonra Azərbaycanda qadınların cəmiyyətdə, dövlət idarəçiliyində rolunun genişləndiyini, hazırda hakim korpusunda qadınların üstünlük təşkil etdiyini, ölkəmizdə gender bərabərliyinin təmin olunduğunu, ümumilikdə Konstitusiyamızda qadın hüquqlarının müfəssəl şəkildə qorunduğunu söyləyib. Komitə sədri suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasında da Azərbaycan qadınının xüsusi rolunu qeyd edib. Tədbirdə iştirak edən Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Konstitusiya Məhkəməsi də öz qərarları ilə ailə dəyərlərinin qorunmasına, qadın və uşaqların hüquqlarının müdafiəsinə mühüm töhfələr verir. Ədliyyə nazirinin müavini Abiddin Hüseynov öz çıxışında mövzunun vacibliyini qeyd edərək, ailədə təlim və tərbiyə prosesinin əhəmiyyətindən söhbət açıb. O, Konstitusiyada ailənin cəmiyyətin özəyi olaraq müəyyən edildiyini, nikah, uşaqla bağlı hüquqi münasibətlərə geniş yer verildiyini, o cümlədən ailə və uşaqların müdafiəsinin birbaşa dövlətin himayəsində olduğunu söyləyib. Ölkəmizdə bu sahədə çoxsaylı qanunların, habelə beynəlxalq müqavilələrlə bağlı sənədlərin qəbul edildiyini, islahatların bu gün də davam etdirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini bildirib. Nazir müavini Ədliyyə Nazirliyinin də ailə, qadın və uşaq hüquqları ilə bağlı məsələlərə dair üzərinə düşən vəzifələri yerinə yetirdiyini qeyd edib. Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vurğulayıb ki, ölkəmizdə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ulu Öndərin rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülüb. Bildirilib ki, Prezidentin ölkəmizdə 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu sahədə aparılan islahatların daha da dərinləşməsinə töhfə verir. Sərəncamda insan hüquqlarının təmin edilməsinin və sosial rifahın yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətləri kimi göstərildiyini deyən Anar Bağırov bu baxımdan ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin və müvafiq dövlət proqramlarının icrasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirilib ki, 2017-ci ildə vəkil korpusunda xanım vəkillərin sayı 15 faiz təşkil etdiyi təqdirdə, hazırda bu rəqəm 20 faizə yaxındır. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb. “Cəmiyyətin özəyi olan ailənin ən həssas üzvlərindən olan uşaqlar və onların hüquqlarının müdafiəsi də Konstitusiyamızın prioritetlərindən biridir. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu və ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların hüquqlarının qorunmasını təmin edən əsas hüquqi çərçivələrdir. Bu sənədlər uşaqların sağlam böyüməsi, təhsil alması, zorakılıq və istismardan qorunması üçün zəruri hüquqi mexanizmləri müəyyənləşdirir”, - deyə A.Bağırov əlavə edib. İctimai dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, Günay Ağamalı, deputat Azər Allahverənov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxışlarda ailə institutunun möhkəmlənməsinin, gender bərabərliyinin təmin edilməsinin daim dövlətimizin diqqətində olduğu bildirilib. Ailə dəyərlərinin möhkəmləndirilməsinin, ailənin sosial-iqtisadi rifahının təmin olunmasının, ailədaxili sağlam mənəvi mühitin formalaşmasının, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlərə əsaslanmasının ümumilikdə cəmiyyətin inkişafında mühüm rolundan bəhs edilib. Qeyd olunub ki, bu gün qadın hüquqlarının təmin edilməsinə, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində böyük dəstək verilir. Məişət zorakılığının aradan qaldırılması istiqamətində önəmli addımlar atılır. Həmçinin, bildirilib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ailələrdə uşaqların milli ruhda böyüməsi, onların cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün təlim-tərbiyə işinin düzgün qurulmasının vacibliyindən danışılıb. Ölkəmizdə ailə institutunun inkişafına yönəlmiş məqsədyönlü tədbirlərin görüldüyü, bu sahədə davamlı islahatların aparıldığı vurğulanıb. İctimai dinləmələrdə son illərdə nikah bağlanması sayında azlama, boşanma sayında isə artım müşahidə edildiyi bildirilib və bunun narahatedici hal olduğu diqqətə çatdırılıb. 


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, nikah və boşanmaların sayında tərs-mütənasibliyi doğuran səbəblər aşkarlanmalı, bu barədə danışılmalıdır: 

seeBaxış sayı:310
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see615

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see588

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see586

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see493

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see398

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see375

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see360

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see332

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see326

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see320

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see315

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see314

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see308

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see308

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see304

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see296

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri