Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycan cəmiyyətinin “özünütəftiş”i

Azərbaycan cəmiyyətinin “özünütəftiş”i

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

I MƏQALƏ

Cəmiyyətin “özünütəftiş”i nə deməkdir?

Hər bir inkişaf edən cəmiyyət mütləq zaman-zaman özünün tarixinə, kimliyinə, mənəvi-mədəni, əxlaqi özəlliklərinə fərqli bucaq altında baxır və bu mənada özünüyaratma və təşkiletmə fəlsəfəsini “təftiş” edir. Bu, qövmün meydana çıxan yeni şərtlər fonunda daxilən “özünüyeniləşdirmə” fəallığıdır ki, başlıca məqsədi yeni tarixi şəraitdə varlığı və inkişafını təmin edə bilsin. Bu anlamda yeni şəraitə uyğunlaşsın, onun çağırışlarını öz maraqları sahəsində qiymətləndirə bilsin.

Bu proses müəyyən anlamda qövmün özünəqayıdışıdır. İllərlə müəyyən etdiyi bir sıra dəyərləri növbəti dəfə tarixin sınağından keçirməkdir.

Bütün aktiv xalqlar üçün bu cür davranış xarakterikdir. Onlar başqa səbəblərlə yanaşı, həm də özünü yenidən “nəzərdən keçirmək”, “yenidən sosial, siyasi, mənəvi-mədəni qiymətləndirmək” və bu anlamda “özünütəftiş etmək” keyfiyyətinə görə var olur və inkişaf potensialını genişləndirirlər.

Ancaq bu proses elmi təfəkkürün nurunda işıqlandırılanda çox “hamar”, “yalnız müsbət tonlu”, “hər kəsin hurreylə birləşib vahid mövqeyə gəlməli olduğu hadisə” kimi görünsə də, reallaşması mürəkkəb, ziddiyyətli və çox incə “insani məqamları” ehtiva edən kollektiv özünütəsdiq olayıdır. Cəmiyyətin, ümumiyyətlə, özünütəftişinin nəzəri obrazı ilə konkret qövm üçün onun praktiki təzahürünün qarşılıqlı münasibətləri sahəsində “müasir Azərbaycan cəmiyyətinin ictimai şüuru özünü necə və hansı məqsədlə “təftiş” edir?” sualına cavab axtarışları çox aktualdır.

Bu gün müşahidə etdiyimiz və toplumun çox müxtəlif xüsusiyyətlərini təftiş etmək xarakteri ilə seçilən cəhdlərin izahı üçün nəzəri səviyyədə “sosiumun özünütəftişi” anlayışının vacib olan xüsuslarına (özəl nəsnələrinə, sosial-mənəvi parametrlərinə, sosial-psixoloji əyaniləşmələrinə və s.) baxaq.

“Özünütəftiş”in özünü yenidən yaratmaqdan fərqi

Cəmiyyətin bir-birindən müxtəlif aspektlərdə fərqləndiklərinə kimsə şübhə etmir. Bu kontekstdə fərqli faktorlar üzrə təsniflər aparıla bilinir. Onların sırasında müasir dövr üçün cəmiyyətlərin öz dövlətlərinə malik olub-olmamaları mühüm parametr hesab olunur. Çünki bu zaman millət-dövlət münasibətləri fonunda müxtəlif xarakterli olduqca düşündürücü aktual məsələlər meydana çıxır. Və hətta onları həll edə bilməyən qövmlərin dövlətlərini itirməsi riskini və təhlükəsini gözardı etmək faciə olur. Bir neçə nümunə göstərək.

Artıq müstəqil dövləti olan bir toplumun “özünütəftişi” həm də özünü yenidən yaratmasımı deməkdir? Axı bir millət (cəmiyyət, toplum, sosium) artıq mövcud olduğu mənəvi, əxlaqi, mədəni, dövlətqurma fəlsəfəsi, identikliyi və s. üzrə dövlətini qurmuşsa, özünü yenidən yaratma, kimliyini axtarma kimi fundamental faktorları necə yenidən müəyyən edə bilər? Onda onun qurduğu dövlətin sahibləri kimlərdir?

Bunlar mövzu ilə bağlı fundamental suallardır və dünyanın hər bir xalqı onlara cavab axtarışı ilə məşğul olmuşlar və indi də olurlar. Burada fərq konkret söhbətin hansı xalqdan getdiyi və onun tarixən topladığı təcrübə ilə əlaqəlidir.

Belə alınır ki, bir xalq dövlətini qurubsa, onun çətiri altında dövlətə sahib olmaq üçün bütün keyfiyyətlərə malikdir. Əks halda, həmin dövlət ya qondarma olar, ya da kənardan asılı.

Bundan başqa, tarix göstərir ki, müxtəlif xalqlar dövlət qurmaqla millətləşmək prosesinə fərqli şərtlər altında nail olurlar. Məsələn, ingilislər millət olmaqdan dövlət olmağa keçmişlər, almanlar və ya italyanlar isə, əksinə, dövlət olaraq millətləşmişlər.

Başqa tərəfdən, müasir müstəqil dövlətlər dövlətçilik ənənəsi adlanan və cəmiyyətin tarixi aspektdə siyasi, geosiyasi, mədəni, demoqrafik, etnik, mənəvi-əxlaqi kimi sferalarının qarşılıqlı münasibətlərinin çağdaş zaman-məkan özəlliyi daxilində praktiki proyeksiyasını gerçək kollektiv mövcudolma fəlsəfəsindən kənarda reallaşdıra bilməz.

Vurğulanan iki səbəbə görə müstəqil dövləti olan qövmün indi özünü yenidən yaratmaq kimi bir prosesə ehtiyacı olmamalıdır. Söhbət ancaq, cəmiyyət miqyasında “özünütəftiş”dən gedə bilər.

Bu prizmada ikinci mühüm məqamı da vurğulamaq gərəkdir.

“Özünütəftiş”in siyasi və ideoloji hüdudları

Belə alınır ki, müstəqil dövlətini yaratmış cəmiyyətin kollektiv mahiyyət olaraq siyasi-ideoloji və mənəvi-əxlaqi kontekstlərdə “özünüyaratmaq” kimi bir prosesə girişməsi, reallıqda özünüməhvdir! Bu cəmiyyət özünü təftiş etməklə hər bir tarixi mərhələdə kökü, təməli, baza müəyyənedici faktorları saxlamaqla çağdaşlığa uyğun yeniləşə bilər və hətta bu, bir zərurətdir. Həmin anlamda “özünütəftiş” seçim deyildir – toplumun özünüdərkinin dövlətçilik və birgəyaşam kriteriyaları baxımından olduqca əhəmiyyətli tələbdir.

Vurğuldağımız bağlılıqda 2 mühüm faktorun təmin olunması şərtinin üzərində dayanaq.

Birincisi, “özünütəftiş” həmişə toplumun siyasi sərhədlərini dövlətçilik mənafeyi çərçivəsində müəyyən etməli və onu ictimai şüurda aktuallaşdırmalıdır. Bu o deməkdir ki, cəmiyyətin özünü təftiş etməsi daim milli maraqlar və müstəqil dövlətçilik hüdudlarını fəaliyyətinin fonunda “vizyonlaşdırmalı”, yəni kollektiv siyasi baxışın legitimliyini “görməli”dir. Bu hüdudların aşılması birbaşa dövlətçiliyə qəsd faktoru kimi qəbul edilməlidir.

Burada mühüm olanı ondan ibarətdir ki, bunu cəmiyyətin özü hakimiyyətin təsiri olmadan dərk etməsi gərəkdir. Çünki siyasi hakimiyyətin hər hansı təsiri dərhal fərqli anlamlarda təxribat yaratmaq hadisəsi kimi hallandırıla bilər. Cəmiyyətin özünün həmin məqamı anlaması isə həm də onun siyasi yetkinlik əlaməti olaraq əhəmiyyət kəsb edir.

İkincisi, “özünütəftiş” cəmiyyəti milli ideya və milli ideologiyadan saptırmamalıdır. Bu baxımdan özünütənqid müəyyən ideya sərhədlərinə malik olmalıdır. Onun son məqsədində cəmiyyətin bütövlüyünə, kimliyinə, ideya hədəflərinə zərər verə biləcək məqamların qalıcı olmasına imkan vermək olmaz.

Burada onu nəzərə alaq ki, kənardan daim məhz vurğuladığımız son tezisdə ifadə edilən məzmuna qarşı təsirlər olur. Bunu indi Azərbaycan cəmiyyəti nümunəsində də görürük. Azərbaycan Prezidenti çox müxtəlif kontekstlərdə, əslində bu barədə çox xəbərdarlıqlar etmişdir. Dövlət başçısının “Biz çox böyük daşları yerindən oynatmışıq” kəlamı artıq fəaliyyət kodlarından birinə çevrilmişdir. 2024-cü ildə keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunun mövzusunun “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlandırılması həmin baxımdan heç də təsadüfi deyildi. Verilən suala cavabında yalan məlumatlar və dezinformasiya barədə dövlət başçısının cavabı çox əlamətdardır. Prezident İlham Əliyev demişdi: “Təəssüflər olsun ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilibdir. Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər”...Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.

Ölkə rəhbəri Andiçmə mərasimindəki nitqində məsələnin gənclərin mənəvi-əxlaqi dəyərlərinin qorunması aspektində aktuallığı xüsusi vurğulmışdır. Azərbaycan Prezidenti ifadə etmişdir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın...”.

Prezident İlham Əliyev bu məsələnin konkret əsas tərkib hissələrini də açmışdır. Dövlət başçısı ifadə etmişdir: “...burada...ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”.

Deməli, azərbaycanlılar bütün hallarda cəmiyyətin ailə sütununu möhkəmləndirməlidirlər. Onda bunun digər tərəfi də yüksək səviyyədə diqqətə alınmalıdır: Azərbaycanda ailə nümunəsinin zəiflədilməsinə yönəldilmiş hər hansı informasiyaya qarşı qətiyyətlə mübarizə aparmaq gərəkdir. Ailəyə qarşı hər hansı qəsd, adını nə qoysalar da, toplumun psixologiyası və şüuru tərəfindən qətiyyətlə rədd edilməlidir. Bunun təməli isə konkret olaraq hər bir ailədəki tərbiyədə qoyulmalıdır.

Bu da kifayət etmir, çünki “ikinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır” (Prezident İlham Əliyev).

Bütün bunlardan dövlət başçısı əldə etdiyi çox əhəmiyyətli qənaətini ifadə etmişdir. Prezident İlham Əliyev demişdir: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.

Beləliklə, iki mühüm məqamı bugünkü Azərbaycan cəmiyyətində müşahidə edilən və əsasən mənəvi, ideoloji, mədəni və əxlaqi xarakterli məsələlərə aid olan hadisələr kontekstində vurğulaya bilərik.

Birincisi, dezinformasiyalara qarşı “əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq”.

İkincisi, “eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük” (Prezident İlham Əliyev).

Kənar təsirlərin fonu

Aydın görünür ki, Azərbaycan siyasi hakimiyyəti mövcud vəziyyəti dərindən anlayır və ona qarşı mövqeyi birmənalıdır. Ancaq nəzərə almaq gərəkdir ki, indi regional və qlobal miqyasda geosiyasi dinamika elədir ki, təsir vektorları da tez-tez dəyişə və ya yeni məzmunda təqdim edilə bilərlər. Bu da insanları zaman-zaman çaşdırır.

Bir sıra hallarda milli mövzu fərqli bucaq altında elə təqdim edilir ki, o, təbii olan müsbət təsirin əvəzinə, mənfi təsir göstərir. O mənada ki, sadə insanları öz cəmiyyəti və dövlət haqqında yanlış mövqeyə təhrik edir. Başqalarının maraqları, ümumiyyətlə, demokratiya, insan haqları və ya sivilləşmək kimi qələmə verilir. Bu prosesin konkret faktları haqqında bəhs edəcəyik.

Onu vurğulayaq ki, bütövlükdə sistemli və davamlı xarakter daşıyan həmin pozucu təsirlərin cəmiyyətin mənəvi-mədəni və ideoloji həyatına praktiki təsir etməməsi üçün ciddi çalışılmalıdır.

Özlüyündə milli maraqlar sferasına birbaşa aidiyyatı olan məqamların müzakirəsi də obyektiv və ciddi elmi əsaslarla aparılmalıdır. Hər hansı populist davranış dolayısı ilə kənar qüvvələrin maraqlarına xidmət edir. Həmin kontekstdə son zamanlar intensivləşən milli kimlik məsələsi çox həssas mövzu olaraq qəbul edilməlidir. Bir tərəfdən, hər zaman bu mövzu aktualdır, digər tərəfdən, artıq müstəqil dövləti olan millətin kimliyini “təftiş”in sərhədləri necə müəyyənləşməlidir? Bu baxımdan “azər”, yoxsa “azəri” ilə bağlı mübahisələr nə dərəcədə konstruktiv işdir?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri