Icma.az
close
up
RU
Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

III məqalə

Sosial şəbəkənin fəallığı

Azərbaycanda sosial şəbəkənin daha da fəallaşması, şübhəsiz müsbət haldır. Bu, cəmiyyətin öz mənəviyyatına, mədəniyyətinə, əxlaqına və bu prizmada dövlətiçiliyinə laqeyd olmadığının əlamətlərindən biridir. İndi Azərbaycanda sosial şəbəkələr o dərəcədə güclüdür ki, başqa ölkələrin sosial şəbəkələrinə təsir edə bilir. Əvvəllər, Azərbaycan KİV-nə yuxarıdan baxmağa adət etmiş bir sıra dairələr artıq bizə “siz kimsiniz” məntiqi ilə yanaşa bilmirlər. Çünki bilirlər ki, dərhal tutarlı cavablar alacaqlar. Bu xüsusiyyət Azərbaycan mediası və sosial şəbəkəsinin regional miqyası şaraq regionlararası və ondan da daha geniş informasiya məkanında nüfuz sahibi olduğunu göstərir. 

Cəmiyyətin özünümüşahidəsinin səviyyəsi və təsir dairəsi baxımından önənli faktordur. Bununla yanaşı, sosial şəbəkələrin dünyanın hər bir ölkəsində olduğu kimi yaratdığı cəmiyyət obrazını yenidən dərk etməsi, yəni “təkrar müşahidə etməsi” özəllikləri nəzəri-konseptual ilə yanaşı, praktiki və ideoloji anlam kəsb edir. Məsələnin bu aspekti olduqca maraqlı və aktualdır. 

Sosial şəbəkə kontekstində burada Azərbaycan üçün xarakterik olan bir informasiya məkanı özəlliyini vurğulamaq istərdik.

Cəmiyyətin obrazı: fərdi və toplumsal baxışlar

Toplumsal baxışları adətən Facebook, fərdi səviyyədən cəmiyyətə yanaşmanı isə Tik Tok təmsil edir. Əlbəttə, burada klassik media vasitələsirni kənara qoyhmaq olmaz. Lakin onlar təəssüf ki, sosial şəbəkələr qədər geniş əhatə dairəsinə malik deyillər. Buna baxmayaraq, medianın məhz klassik və müasir elektron vasitələrində Azərbaycan cəmiyyətinin daha sanballı və ciddi obrazını yaradan informasiya-bilik dinamikası mövcuddur. Bu məqamda, məsələn, peşəkar qəzetçilliklə Facebook və Tik Tok arasında bir ziddiyyət yoxdur ki? 

Bizcə, vardır: peşəkar qəzetçilik daha ehtiyatlı və ölçülü-bişili olaraq situasiyalara münasibət bildirir. Sosial şəbəkələr isə xeyli sərbəst və daha dinamik informasiya məkanının xatırladır. Bununla yanaşı, peşəkar qəzetçiliklə sosial şəbəkənin məsələlərə fərqli yanaşması müqayisə əsasında daha adekvat mövqe müəyyən etməyə yardımçı ola bilər. Hələlik bu istiqamətdə tərəflərin dialoqu və ya əməkdaşlığı gözə dəymir. Müəyyən mərhələdfən sonra isə bu, zərurətə çevriləcək. Hələlik biz qısa olaraq Facebook və Tik Tok timsalında fərdi və toplumsal obrazlarea baxaq. 

“Facebook”da yaradılan siyasi cəmiyyət obrazı

   Azərbaycanda Facebook əsasən ziyalıların, jurnalistlərin və siyasi aktiv şəxslərin platformasıdır. Onlar adətən orta və yaşlı nəslin təmsilçiləri olurlar. Maralıdır ki, gənclər bu platformada elə də fəal deyillər, lakin onlaırn da fikirləri yer alır. Buradan alınır ki, Azərbaycan cəmiyyətinin toplumsal obrazının sosiual şəbəkələrdə yaradılmasında başlıc aolaarq orta və yaşlı təmsilçiləri iştirak edirlər. Səbəb nədir? Gənclər cəmiyyət miqyasında baş verənlərə laqeyddirlərmi? Bizcə, bu suallara elmi cavab axtarışları gərəkdir. “Facebook”-da formalaşan cəmiyyət obrazı fonunda bu məqamın əhəmiyyətini daha aydın dərk etmək olar. Həmin obraz ümumi səviyyədə aşağıdakıə özəlliklərə malikdir:

-         Azərbaycan cəmiyyəti daxili və xarici mühtidə baş verən əsas hadisələrə çevik reaksiya verir. Demək olar ki, gözdən heç nə yayınmır. Bununla yanhaşı, müəyyən sdeçim diapazonu vardır – istifadəçilər öz baxışlarına uyğun əsas saydıqları olayaları seçir və o prizmada münasibət birlidirirlər. Bu da bütövlükdə çox spektrli mənzərə-obraz yaranır. Burada “daha adekvat” obraz seçimi mümkün deyildir. Lakin onların semantik qarşılıqlı münasaibətlərindən ortaq obraz yaratmaq olar. Bu da məhz özünümüşahidəniun təkrar özünümüşahidəsini tələb edən təhlili qiymətləndirmədir. Beləliklə, Facebook Azərbaycanda sosial və siyasi tənqidçilərin platforması kimi çıxış edir.  

-         Bu platformada keçmişə nostalji aspekti də özünü göstərir. Məsələn, köhnə Bakı və ya klassik ədəbiyyat nümunələri trendə çevrilə bilirlər. Mütəxəssislər onu “keçmişə bağlılıq” kimi təsnif edirlər.

-         Həmnin platformada müəyyən dərəcədə “intellektual yarış” məqamı da mövcuddur. Onlar özlərini “daha savadlı”, “daha müasir”, “intellektuyal səvyyəsi” daha yüksək olan şəxslər kimi göstərməyə çalışırlar. Bu mövqenin o biri tərəfi “sən savadsızsan” ittihamıdır ki, onun mənəvi-psixoloji təsiri əsasən neqativ ovqat yaradır. 

Belə alınır ki, indiki mərhələdə Azərbaycanda sosial şəbəkələrin yaratdıqları cəmiyyət obrazında siyasi, sosial, mənəvi və intellektual aspektlər bir-biri ilə qarşılıqlı əlaqədə özlərini göstərirlər. Bu, hazırkı mərhələdə cəmiyyətin özünümüşahidəsinin mühüm dinamik cəhətini ifadə edir. Belə görünür ki, sosial şəbəkələrin yaratdığı cəmiyyət obrazını elə şəbəkənin özü təkrara müşahidə edir. Yəni burada ikiqat müşahidə mövcuddur. Bu xüsusiyyət heç də həmişə rüseal cəmiyyət obrazına uyğun gəlmir, lakin onun həmin real cəmiyyət obrazı nnümunəsinin formalaşmasına ciddi təsiri olduqca əhəmiyyəlidir. 

“Filtrsiz” cəmiyyət obrazı

Bu, Tik Tok istifadəçilərinin yaratdıqları obrazdır. İnformasiya istifadəçisinə burada faktiki olarq “filtrsiz” çatır. Zamanca çox qısa müddətdə məişət səviyyəsində olan informasiya canlı olaraq çoxlu sayda insana çatdırılır. Onlar arasında hər hansı bağlantı və ya ümumi süjet yoxdur. Ancaq müxtəlif fraqmentləri istənilən mövzu üzrfə məntiqi birləşdirmək imkanı vardır. Məsələn, Azərbaycanda ailə həyatı ilə əlaqədər kiçik səhnələri birləşdirib müəyyən nəticə çıxara bilirlər. Deyək ki, əgər ailə münasibətylərində kriminal məqamlar üstünlük təşkil edirlərsə, real vəziyyətdən xəbərsiz izləyici “Azərbaycanda ailədaxili cinayətlər sürətlə artır” kimi yanlış qənaətə gələ bilər. Tik Tokun informasiya baxımından təhlekəli cəhətlərindən biri bundan ibartətdir. “Filtirsiz” cəmiyyət obrazı sosial mühitin reallıqlarını fərdi zövqlərin süzgəcindən keçirərək həqiqət kontekstində deyil, rəy və “posthəqiqət” bağlılığında təqdim edir. Bu zaman toplumsal maarqların nə dərəcədə nəzərə alındığı aydın deyildir. Bu xüsusiyyət zaman-zaman Tiik Toku cəmiyyət maraqları ilə ziddiyyətli münasibətlərə sürükləyir. 

Beləliklə, Facebbok cəmiyyətin vizyonu və beyni olmağa iddialıdır, Tik Tok isə “gizli qalan reallığın ifadəçisi” roluna iddia edir. Sosial şəbəkə bu iki yanaşmanın kəsişməsində toplumun obrazını yaradır. Və hər dəfə o obrazı yaratdığına ə\min olduqdan sonra təkrar situasiyaya daxil olur və yenidən qiymətləndirir (özünümüşahidənin özünümaşhidəsi).

Siyasət və tarixə fokuslandıqda bu proses çox həssas bir mənzərəni ortaya çıxarır. O cümlədən, informasiya, təbliğat və təşviqat kontekstində cəmiyyətin öz keçmiş tarixinə baxışı ilə müasir siyasi prosesləri qiymətləndirməsi arasında maraqlı, lakin mürəkkəb bir bağlantı meydana gəlir.  

“Dost” və “düşmən” obrazı

Sosial şəbəkə hər hansı bir ölkənin dost və ya düşmən obrazını yarada bilər. Bu ona 25555555555müsbət və neqativ xarakterli hadisələr mövcuddur. Xüsusilə qədimdən dövlətlər quran etnos müxtəlif mərhələlərdə fərqli münasibətlər şəbəkəsində olur və bu zaman bir-biri ilə ziddiyyət təşkil edən əlaqələr sisteminin yaradılması baş verir. Müasir dövlətlər tarixində sıx-sıx münasibətlərdə olmuş iki elə dövlət tapa bilməzsiniz ki, əlaqələri ya tam “qara”, ya da “tam ağ” olsun.  

Müasir mərhələyə bu hadisələrin proyeksiyası necə olmalıdır? Ölkə, cəmiyyət və dövlət müasir reallıqlardan tarixi qiymətləndirməyə baş vurmalıdır, yoxsa tarixi olayların pörizmasında müasir qiymətləndirmə etməlidir? 

Hər iki yanaşmanı üstün və zəif cəhətləri vardır. Ona görə də daha doğrusu bu iki yanaşmanın ortaq semantik sahəsində qiymətləndirmədir. Onda başlıca seçim kriteriyası məsələsi aktuallaşır. Yəni hansına üstünlük verilməlidir: keçmişin ziddiyyətyli məqamalrını daha da qabardıb bu geünə gətirmək, yaxud indinin dövlətçilik üçün daha əhəmiyyətli olan faktorlarını əsas tutub fəaliyyət göstərmək? Keçmiçi ilə oynamağa üstünlük verən dövlətlər üçün uyğun olanı birinci seçimdir. Əgər onların indiki şəraitdə davamlı inkişaf etmək və güclənmək potensialı yoxdursa, öz keçmişlərinin ilğımında “nurlana” bilərlər. 

Bu gün dinamik inkişaf edən, müasir tarixi reallıqlar fonunda davamlı güclənən dövlətlər isə aktual zamanda tərəqqi edərlər. Onlar tarixin dərslərini unutmurlar, lakin onlardan başqasına qarşı kin və küdurət yaratmaq üçün deyil, qarşılıqlı fayda doğura biləcək aspektdə ortaq fəaliyyət naminə yararlanarlar. Sonuncu aspekt Azərbaycan üçün çox aktualdır. Çünki Azərbaycan Avrasiyada ən dinamik və dayanıqlı inkişaf etmək potensialına malik dövlətdir. Bu dövlət öz enerjisini kimlərləsə ixtilaflara deyil, qarşılıqlı faydalı əməkdaşlığa sərf edər. Əlbəttə, bu prosesdə əsas yerlərdən birini müstəqil siyasət, bərabərhüquqluluq və təhlükəsizlik tutur. 

Bizcə, Azərbaycan cəmiyyətinin hazırkı mərhələdə özünmüşahidəsində bu məqam əsas yeri tutmalıdır. Təbii ki, bir tezis olaraq bu məqam anlaşılandır. Lakin cəmiyyətin özünümüşahidəsində onun real mexanizm kimi çıxış etməsi asan məsələ deyildir. Burada özünümüşahidə kontesktində diqqət yetirilməli bir neçə məqamı vurğulamaq istərdik.

Özünümüşahidənin başlıca parametrləri

Onları qısaca aşağıdakı kimi təsnif edə bilərik:

-         Azərbaycanın güclü dövlət kimi formalaşmasının təməlində “bir millət, iki dövlət” kəlamı xüsusi yer tutur;

-         Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı birləşdirici gücüdür;

-         Azərbaycan Avrasiya məkanında orta güc nümunəsidir. 

Bu üç istiqaməti vahid semantik sahədə birləşdirə biləcək ideya isə Azərbaycançılıqdır. Əgər söhbət ümumiyyətlə, mediadan və sosial şəbəkələrdən gedirsə, elmi xarakterli bu müddəaların konkret tətbiqi forması müəyyən olunmalıdır. Məsələn, “bir millət, iki dövlət” kəlamı statik məzmunlu tezis kimi deyil, bütövlükdə dövlətlərarası münasibətlərə məxsusi semantik proyeksiyası olan və tarixi zamanı mütləq surətdə nəzərə alan fəaliyyət istiqaməti kimi qəbul edilə bilər. Onu daha dərindən dərk etmək üçün mütləq surətdə həqiqi azərbaycançı olmaq gərəkdir. Bu, Şuşa Bəyannaməsindən Qarabağ Bəyannaməsinə və oradan da daha geniş miqyasda dövlətlərarası əlaqələrə sirayət edən baza prinsipdir. Azərbaycan-Türiyə münasibətləri həmin anlamda TDT və TDT+ miqyasında dövlətlərarası əlaqələrin ideya bazasıdır. Təsadüfi deyil ki, son illər məhz bu birliyi pozmaq üçün dəridən-qabıqdan çıxan dairələr vardır. Onlar bütün imkanları ilə müxtəlif süni milli maraqlar uydurmaqla iki qardaş ölkənin münasibətrləində uçurum yaratmağa çalışırlar. Xüsusilə, Azərbaycanın getdikcə daha geniş miqyasda aktivləşməsi fonunda (orta güc statusu) bu neqativ tendensiya yeüni əcayib formalar alır. 

Bəs Türkiyə və Azərbaycan sosial şəbəkələri bu məqamı nə dərəcədə həm öz cəmiyyətlərinin, həm də dövlətlərarası əlaqələrin özünümüşahidəsi faktoru kimi qəbul edirlər? Məsələn, sosial şəbəkənin Türkiyə seqmenti Azərbaycanı “bir millət, iki dövlət” kəlamı kontekstində necə görür?     

     (ardı var)

Füzuli Qurbanov,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see234

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see233

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see231

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see231

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see228

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see225

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see220

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see206

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see205

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see204

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see198

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see191

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see191

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see190

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see188

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see187

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see185

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see183

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see182

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri