Azərbaycan çempionatlarında 1 dəqiqəlik sükut olacaq, musiqi səslənməyəcək İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Basketbol Liqasının IX turu çərçivəsində bu gün keçiriləcək qarşılaşmalar və güləş üzrə ölkə çempionatının final görüşləri bir dəqiqəlik sükutla başlayacaq.
Bu barədə İdman.biz-ə hər iki federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün baş vermiş təyyarə qəzasında həlak olanların ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Hər iki yarışda musiqi səsləndirilməyəcək. Həmçinin basketbol oyunlarında fasilə zamanı dəstək qrupu da çıxış etməyəcək.
Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində “Ordu” “Lənkəran”la “Neftçi” “Sərhədçi” ilə üz-üzə gələcək. Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında isə 5 çəkidə qaliblər bəlli olacaq.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:Azərbaycan gimnastikasının rekordu: dünya çempionatlarında 9 medal İdman və Biz
27 Dekabr 2024 13:41
Azərbaycan çempionatlarında ilk
18 Dekabr 2024 17:39
Ölkə çempionatlarında ən erkən start İdman və Biz
19 Yanvar 2025 11:11
Futzal oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq İdman və Biz
25 Dekabr 2024 17:48
Azərbaycan Belarus oyununda 1 dəqiqəlik sükut
25 Mart 2025 19:45
Baxış sayı:73
Bu xəbər 25 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















