Icma.az
close
up
RU
Azərbaycan Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirmək potensialına malikdir

Azərbaycan Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirmək potensialına malikdir

Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

Azərbaycan Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirmək potensialına malikdir

Oxuməni.az Enerji və siyasi risklər üzrə ekspert, Atlantik Şurasının Avrasiya Mərkəzinin geosiyasi iqtisadiyyat üzrə çalışan baş elmi işçisi Aqniya Qriqaslanın AZƏRTAC-a müsahibəsini oxucularına təqdim edir.

- Sizcə, Azərbaycanın regional enerji mərkəzi kimi rolu necə dəyişir?

- Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini getdikcə daha da gücləndirir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha əhəmiyyətli rol oynayır. Xəzər nefti və qazının strateji əhəmiyyətli alternativ təchizatçısı kimi ölkə öz ixrac infrastrukturunu fəal şəkildə inkişaf etdirir, beynəlxalq əməkdaşlığı genişləndirir və təchizat marşrutlarını şaxələndirir. Bu isə Azərbaycanın Avropa ölkələri üçün etibarlı tərəfdaş olmasını təmin edir.

- Azərbaycan neft-qaz sektorunda artıq uzun müddətdir ki, əsas oyunçulardan biridir. Sizcə, qlobal bərpaolunan enerji mənbələrinə keçid tendensiyası fonunda ölkənin enerji sektoru növbəti onillikdə necə inkişaf edəcək?

- Avropa İttifaqı orta müddətli perspektivdə bərpaolunan enerji mənbələrinə keçidi strateji prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu kontekstdə Azərbaycanın qarşısında vacib bir vəzifə dayanır – ya ənənəvi enerji resursları üçün yeni satış bazarlarını fəal şəkildə inkişaf etdirmək, ya da enerji sektorunu genişmiqyaslı investisiyalar hesabına şaxələndirərək bərpaolunan enerji sahəsinə yönəlmək. Son illərdə ölkə bu istiqamətdə addımlar atır, beynəlxalq tərəfdaşları cəlb edir və günəş, eləcə də külək enerjisi sahəsində layihələr inkişaf etdirir.

- Sizcə, Azərbaycan daha geniş regional enerji mənzərəsində, xüsusilə Cənubi Qafqazın enerji təhlükəsizliyi və Avropanın gələcək enerji təchizatı kontekstində hansı rolu oynayır?

- Azərbaycan Serbiya və Macarıstan kimi Cənubi Avropa ölkələrinə alternativ neft və qaz mənbələri təqdim edərək onların enerji təhlükəsizliyini gücləndirmək üçün mühüm potensiala malikdir. Həmçinin, Azərbaycan enerji resurslarının tədarük marşrutlarını şaxələndirməklə Sakartvelonun Rusiya qazı və neftindən asılılığını azaltmaqda rol oynaya bilər.

Ermənistan məsələsinə gəldikdə, nəzəri olaraq Azərbaycan onun enerji sektorunun şaxələndirilməsinə töhfə verə bilərdi. Lakin iki ölkə arasındakı hazırkı ikitərəfli münasibətlər belə bir əməkdaşlığı yaxın gələcəkdə xeyli çətinləşdirir, hətta mümkünsüz edir.

- Azərbaycan Cənubi Qafqazda yaşıl enerji sahəsində lider olmaq üçün hansı addımları ata bilər və bu yolda hansı əsas çağırışlarla üzləşə bilər?

- Azərbaycan, daxili tələbatını ödəmək üçün bərpaolunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirən, eyni zamanda böyük neft və qaz ixracatçısı mövqeyini qoruyan Norveç kimi ölkələrin təcrübəsindən yararlana bilər. Bu, ölkəyə təkcə enerji müstəqilliyini gücləndirməyə deyil, həm də Avropaya yaşıl enerjinin tədarükü üçün ixrac gücləri yaratmağa imkan verəcək.

- Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hansı strateji rolu oynayır? Azərbaycanın bu təşəbbüsün inkişafına töhfəsi nə dərəcədə əhəmiyyətlidir və bu, Avropa və Asiyanın enerji xəritəsini necə dəyişir?

- Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatı mənbələrini şaxələndirmək və ənənəvi tədarükçülərdən asılılığı azaltmaq məqsədi daşıyan mühüm infrastruktur layihəsidir. Onun regionun enerji təhlükəsizliyinin təmin olunmasında rolu böyükdür, çünki Xəzər regionundan Avropa ölkələrinə təbii qazın alternativ marşrutlar vasitəsilə nəqlini təmin edir.

- Azərbaycanın enerji müstəqilliyinin gələcəyini və 2030-cu ildə dünya enerji bazarlarındakı mövqeyini necə görürsünüz?

- Azərbaycanın enerji müstəqilliyinin gələcəyi və onun 2030-cu ildə dünya enerji bazarlarındakı rolu qlobal geosiyasi proseslərdən asılı olacaq. Əsas amillər Avropanın fosil yanacağa tələbat səviyyəsi, demokratik və avtoritar dövlətlər arasındakı münasibətlərin inkişafı, Rusiya kimi enerji resursları ixracatçısının perspektivləri, eləcə də sürətlə inkişaf edən Çin və Hindistan iqtisadiyyatlarında karbohidrogenlər və bərpaolunan enerji istehlakının dinamikası olacaq. Bu kontekstdə Azərbaycan tədarük marşrutlarını şaxələndirmək, enerji infrastrukturunu genişləndirməklə və bərpaolunan enerji mənbələrinin inkişafına investisiya qoymaqla öz mövqeyini daha da gücləndirə bilər.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 03 Mart 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri