Politoloq: Azərbaycan D 8 in siyasi rolunu gücləndirmək potensialına malikdir
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan strateji mövqeyi və zəngin enerji resursları sayəsində D-8 qrupunda iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynaya bilər.
Bunu "Report"a açıqlamasında pakistanlı politoloq Aymen Camil (Aimen Jamil) bildirib.
O qeyd edib ki, Azərbaycan potensial olaraq təşkilatın əsas oyunçusuna çevrilə bilər: "Bu, enerji təhlükəsizliyi, mədəni mübadilə sahəsində aparıcı təşəbbüslər deməkdir. Azərbaycanın təşkilata üzv olan ölkələrlə tarixi əlaqələrini və regionda diplomatik rolunu nəzərə alsaq, onun təşkilatda öz təsirini gücləndirmək üçün bütün imkanları var".
Politoloq, həmçinin vurğulayıb ki, D-8-ə üzvlük Azərbaycan və Pakistana ikitərəfli əlaqələri daha da dərinləşdirməyə imkan verəcək. O vurğulayıb ki, artan iqtisadiyyatı ilə Pakistan Azərbaycanın enerji sektorunda, xüsusilə neft və qaz sahəsində təcrübəsindən istifadə edə bilər: “Eyni zamanda Pakistan bazarı Azərbaycan malları üçün Cənubi Asiyaya "qapı" ola bilər”.
Onun fikrincə, D-8 çərçivəsində Bakı və İslamabad infrastrukturla bağlı layihələrdə, xüsusilə nəqliyyat və enerji sahəsində, həmçinin texnologiya mübadiləsində əməkdaşlıq edə bilərlər.
Qeyd edək ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzv seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















