Azərbaycan Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, beyin mərkəzlərin, mədəni irs, ənənəvi sənətkarlıq və yaradıcılıq sənayeləri istiqamətində fəaliyyət göstərən qurumların təmsilçiləri, Çin üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkənin strateji tərəfdaşlığının genişləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan ilə Çin arasında qədim İpək Yolunun formalaşdırdığı tarixi-mədəni bağların yeni məzmunla zənginləşməsinə xidmət edir.
Tədbirdə Azərbaycan–Çin əlaqələrinin inkişafının perspektivləri, xalqlar arasında dialoqun gücləndirilməsində incəsənətin rolu və birgə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən ekspozisiyalara - Çin incəsənəti nümunələrinə baxış keçirilib. Qonaqlara muzeyin kolleksiyasında qorunan Şərq incəsənətinə aid nadir eksponatlar, onların tarixi və bədii xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 İyun 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















