Icma.az
close
up
RU
Mombasada Azərbaycan Keniya əlaqələrinin inkişafından danışılıb

Mombasada Azərbaycan Keniya əlaqələrinin inkişafından danışılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 oktyabr, AZƏRTAC

Keniyanın Mombasa vilayətinin qubernatoru Abdulsamad Şərif Nasir Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) maliyyə dəstəyi ilə Mombasadakı “Fort Jesus” Dünya İrsi Kompleksində yenilənmiş Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk sayının təqdimatı ilə əlaqədar keçirilib.

Qubernator rəhbərlik etdiyi Mombasa vilayəti ilə Azərbaycan arasında genişlənən əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əlaqələrin Keniya ilə Azərbaycan arasında dinamik inkişaf edən münasibətlərin məntiqi davamı olduğunu vurğulayıb. Abdulsamad Şərif Nasir həm Mombasa vilayəti, həm də Keniya üçün xüsusi əhəmiyyət daşıyan “Fort Jesus” muzey kompleksində Suahili Mədəniyyət Kitabxanasının yenilənməsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, “İRS” jurnalının suahili dilində ilk sayının nəşrini də yüksək qiymətləndirib.

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev qeyd olunan layihələrin həyata keçirilməsində göstərdikləri dəstəyə görə keniyalı tərəfdaşlara, o cümlədən qubernatorun ofisinə minnətdarlığını bildirib. O, bu cür mədəni təşəbbüslərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı möhkəmləndirdiyini vurğulayıb.

“İRS” beynəlxalq jurnalının baş redaktoru, Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində cari ildə Mombasadan olan iki tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsilə başlaması bu əməkdaşlığa töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri