Icma.az
close
up
RU
Azərbaycan Çin əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur

Azərbaycan Çin əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Azərbaycan Prezident İlham Əliyevin aprelin 22-24-də Çinə səfəri zamanı keçirdiyi görüşlər, mətbuata müsahibələri, imzalanan sənədlər iki ölkə arasında münasibətlərin strateji səviyyəyə yüksəldiyini göstərdi. Səfər çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında 18 bəndlik  Birgə Bəyanat  çox dəyərli əməkdaşlıq sənədi kimi qiymətləndirilir. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir, bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. . Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olaraq “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik.  “Bir kəmər, bir yol” təşəbbüsünə  qoşulmuş ölkələrdən biri kimi  ölkəmizdə xeyli infrastruktur layihələri həyata keçirilmişdir.

Bəyanatda ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıqla bağlı məsələlər öz əksini tapır. Yaşıl gündəlik bu istiqamətdə əsas prioritetlərdəndir. “Çin bu istiqamətdə ölkəmiz üçün  çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub. Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik”-cənab prezidentin bu fikirləri Azərbaycanın gələcək enerji planını əks etdirir. Ölkəmiz üçün   Azərbaycanda Sumqayıt şəhərində ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalı xəbəri yaşıl nəqliyyat layihələrinin genişləndirilməsi istiqamətində mühüm addımdır. Bu layihələr Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirmək məqsədi daşıyır. Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsətimiz var.

Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkələrimiz arasında münaibətlərin siyasi-iqtisadi, mədəni və humanitar sahədə əhəmiyyətindən və iki ölkə arasındakı münasibətlərin dostluq və etibarlı əməkdaşlıq  səviyyəsinə yüksəlməsindən danışdı.  Səfər dövlətlərarası əlaqələrin güclənməsinə müsbət təsir göstərməklə yanaşı, vətəndaşlar da Çin-Azərbaycan münasibətlərindəki istiliyin bəhrəsini görməkdədirlər. İki ölkə arasında viza rejiminin ləğvi həm Çin, həm də Azərbaycan  üçün münasibətlərin xalqlar arasında genişlənməsi imkanından da xəbər verir.”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, artıq pasport sahibi olan Azərbaycan və  Çin  vətəndaşları bir-birilərinin ölkəsinə vizasız səfər edə biləcəklər: “Azərbaycan daha öncə Çin vətəndaşları üçün viza rejimini ləğv etmişdi. Bu dəfə isə Çin qarşılıqlı addım ataraq Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi. Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycana invesitisiya və turist axınının artmasına səbəb olacaq.  Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən ölkəmizə turist axını iki dəfə artıb.  Bu da aviareyslərin sayının artırılmasını zəruri edir.  Cənab Prezident müsahibəsində bir maraqlı faktı da diqqətə çatdırdı. Bildirdi ki, il ərzində  150 milyon çinli xaricə səfər edir. Onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olar.  Düşünürəm ki, füsunkar təbiətə, zəngin mətbəxə, qədim tarixə, multikultural mədəniyyətə malik Azərbaycan Çin vətəndaşları üçün cəlbedici olacaq.  Digər bir məqam təhsil sahəsində əməkdaşlıqdır. Bu çox vacib sahədir. İqtisadi, hərbi, sənaye baxımından dünyanın qabaqcıl ölkələrindən olan Çində elm, texnologiya sürətlə inkişaf edir. Bu ölkədə təhsil almaq, təcrübə qazanmaq Azərbaycan gəncinə parlaq gələcək vəd edir. Azərbaycanda Çinin texnoloji, süni intellekt sahəsində təcrübələrinə böyük maraq var. Azərbaycandan Çinə təhsil almaq üçün gələnlərin sayı ildən-ilə artır. Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünməyin vaxtıdır”.

Millət vəkili qeyd etdi ki, ölkə başçısı CGTN telekanalına müsahibəsində Çini Azərbaycana yaxın döst ölkə adlandırıb və Sədri Si Cinpin haqqında yüksək fikirlər ifadə edib: “ Ölkəmiz "Bir kəmər, bir yol" təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biridir.  Bu təşəbbüs bizim üçün sadəcə tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik.  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizdə, demək olar ki, bütün infrastrukturlar - dəmir yolları, dəniz limanları, magistral yollar, 8 beynəlxalq hava liman inşa edilib. Regionun ən böyük yükdaşıma şirkətlərinə sahibik. Biz Çin şirkətlərinə güvənərək bu marşrut üzərində şirkətlər qurmaq niyyətindəyik.  Bir müddət öncə Çin şirkətləri Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair saziş imzaladılar. Bu olduqca müsbət göstəricidiri və bunun daha da genişləndirilməsi üçün hər cür imkan, şərait vardır. Bütün hallarda dünyanın böyük və qədim dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə olan münasibətlərin inkişafı Azərbaycanın milli və strateji maraqlarına uyğundur və Prezident İlham Əliyevin aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfəri, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır”.

Millət vəkili sonda qeyd etdi ki, Qlobal Cənubun ən böyük və inkişaf etmiş ölkəsi  Qlobal Cənubun ən strateji ölkəsini əsas tərəfdaş seçdi. Bu Azərbaycanın  yeni Dünya düzənində mövqeyi, giosiyasi arenada çoxqütblü siyasətdə ikitərəfili münasibətlərin müstəqil modeli və nümunəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see249

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see168

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see165

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see119

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri