Icma.az
close
up
RU
Azərbaycan Çin əməkdaşlığı yeni mərhələdə ŞƏRH

Azərbaycan Çin əməkdaşlığı yeni mərhələdə ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

25 aprel 2025-cil tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə vermişdir.

2024-cü il iyul ayında Azərbaycan Respublikasının rəhbərliyi ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilmiş görüş, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirilə bilər. Bu yüksək səviyyəli dialoq təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həmçinin regional və qlobal çağırışlara qarşı birgə cavab imkanlarının genişlən-dirilməsi baxımından önəmli hadisə oldu.

Görüş zamanı iqtisadi, enerji nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı məsələləri ətraflı müzakirə edildi. Xüsusilə, “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın oynadığı mühüm rol və ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizindəki strateji mövqeyi, Çin tərəfindən yüksək qiymətləndirildi. Bu çərçivədə iki ölkə arasında yeni layihələrin icrası və investisiya imkanlarının artırılması istiqamətində konkret razılaşmalar əldə olundu.

Diplomatik münasibətlərin 30 illik tarixində iki ölkə arasında qarşılıqlı etimad və anlaşmanın dərinləşdiyini bir daha nümayiş etdirdi. Azərbaycanın xarici siyasətində çoxtərəfli və balanslaşdırılmış yanaşma prinsipinə sadiqliyi, Çin ilə münasibətlərdə də öz əksini tapmaqdadır.

Azərbaycan ilə Çinin çox yaxın əlaqələri var. Dövlətimiz sədr Si Cinpinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Azərbaycan bu təşəbbüsə qoşularaq davamlı inkişaf məqsədlərinə nail olunması, yoxsuluğun azaldılması, təhsil, səhiyyə və iqlim dəyişikliyi sahələrində beynəlxalq əməkdaşlığın genişlndirilməsi məqsədini dəstəkləyir. Həmçinin bu təşəbbüs müxtəlif mədəniyyətlr arasında dialoqun təşviq olunmasına, mədni müxtəlifliyə hörmətin artırılmasına və mədəni əlaqələrin gücləndirilməsinə töhfə verir. Bu çərçivədə Azərbaycanın multikulturalizm siyasəti buna sübutdur. Müsahibə zamanı cənab prezident İlham Əliyev bildirdi: “Biz Sədr Si il hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyənatı imzaladıq. Münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır”. İmzalanan sənədlər Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və demək olar bütün sahələrdə əməkdaşlığın genişlndirilməsinə xidmət edir.

Dövlətimizin qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiyalar təşəbbüslərinə qoşulması, ölkənin qlobal əməkdaşlıqda fəal iştirakını, qarşılıqlı hörmət, çoxtərəfli diplomatiya və dayanaqlı inkişaf prinsiplərinə sadiqliyini əks etdirir. Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimada, strateji baxışa, ümumi maraqlara əsaslanan dərin və perspektivli tərəfdaşlıq nümunəsidir. İki ölkə arasında olan əməkdaşlıq gələcək illərdə də regional sabitlik, iqtisadi inkişaf və mədəni yaxınlaşma baxımından mühüm rol oynamağa davam edəcək.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri