Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Azərbaycan Çin şirkətləri ilə anlaşma memorandumları imzalanıb

Azərbaycan Çin şirkətləri ilə anlaşma memorandumları imzalanıb

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında “yaşıl enerji” sahəsində anlaşma memorandumları imzalanıb. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimlərindən əvvəl energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un vitse-prezidenti Xu Pengcheng və “PowerChina Resources Limited” şirkətinin prezidenti Yang Tianfu, həmçinin TBEA şirkətinin İdarə Heyətinin üzvü, beynəlxalq biznes məsələləri üzrə prezidenti Hu Nanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşlər olub. Görüşlərdə Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərində bərpa olunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd olunub. Həyata keçirilən “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı meqa layihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

“PowerChina Resources Limited” şirkətinin xaricdə bərpa olunan enerji sahəsində sərmayə qoyuluşu həyata keçirən, geniş potensial və təcrübəyə malik bir şirkət olaraq, Azərbaycanda bərpa olunan enerji layihələrinə sərmayə qoyuluşu, bərpa olunan enerji layihələrinin planlaşdırılması, layihələndirilməsi, tikintisi və istismarında əməkdaşlığa maraqlı olduğu qeyd edilib. Elektrik enerjisinin ötürülməsi və paylanması, elektrik stansiyaları, bərpa olunan enerji və digər vacib infrastruktur layihələrinin istehsalı, mühəndisliyi, tədarükü, tikintisi və maliyyələşdirilməsi üzrə ixtisaslaşmış şirkət olan TBEA-nın isə Azərbaycanla bərpa olunan enerji avadanlıqları və texnologiyaları sahəsində əməkdaşlıq niyyəti ifadə olunub.

Sonra sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə PowerChina Resources Limited arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” sənaye miqyaslı günəş PV layihələri, quruda/dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş ağıllı enerji və “yaşıl hidrogen” istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.

“Azərbaycan Respublikası Energetika Nazirliyi ilə TBEA Co., Ltd arasında Anlaşma Memorandumu” isə bərpa olunan enerji avadanlıqları və texnologiyalarının istehsalı və tədarükü daxil olmaqla, müvafiq sahələrdə əməkdaşlığı əhatə edir. Sənədə əsasən, şirkətlə ultra-yüksək gərginlikli və çevik DC və AC məhsullarının təmin edilməsi, Azərbaycanda sənaye parkları və azad iqtisadi zonalarda yüksək texnologiyalı enerji şəbəkəsi avadanlıqlarının istehsalı, “Məlumat Mərkəzi”nin yaradılması, bərpa olunan enerji və elektrik layihələrinə sərmayə qoyuluşu və maliyyələşdirilməsi, eləcə də bərpa olunan enerji və regional “yaşıl enerji” bağlantısı layihələrində iştirakı üzrə əməkdaşlıq ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri