Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

AzNews.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında Azərbaycanda 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsini Energetika Nazirliyi və “Universal Solar Azerbaijan” imzalayıb. İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. Növbəti mərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.

Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında isə Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu çərçivədə mərhələli əsasda minimum 2 QVt gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.

Digər bir sənəd Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında imzalanıb. Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsinə müvafiq olaraq yaradılacaq layihə şirkəti vasitəsilə texniki-iqtisadi əsaslandırma, layihələndirmə, maliyyələşdirmə, tikinti, istismar və texniki xidmət işləri həyata keçiriləcək. “China Datang Overseas Investment Co. Ltd” şirkəti əsas investor kimi çıxış edəcək.

Həmçinin Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış İcra Müqaviləsi mübadilə edilib. Layihənin həyata keçirilməsi üçün xüsusi layihə şirkətinin və Rəhbər Komitənin yaradılması nəzərdə tutulur. Sənəddə layihənin texniki-iqtisadi əsaslandırılması, layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi, istismarı və texniki xidməti kimi istiqamətlər əks olunub. Energetika Nazirliyinin layihə üçün torpaq sahəsinin ayrılması, müvafiq icazələrin verilməsi və yerli resurslardan istifadə olunmasına dəstək göstərməsi planlaşdırılır. Layihə, həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir. 2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.

Energetika Nazirliyi, “SOCAR Green”, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək. Layihənin inkişafı məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq, həmçinin kommersiya, hüquq və texniki sahələr üzrə ekspertlər cəlb olunacaq. Müvafiq icazələrin alınması, dəniz ərazilərinin ayrılması və digər zəruri proseslərdə Energetika Nazirliyi dəstək göstərəcək.

“Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur. Araşdırmaların nəticələrinə əsasən, texniki və iqtisadi baxımdan səmərəli həllərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması planlaşdırılır. Birinci mərhələdə bərpa olunan enerji mənbələri üzrə tələbatın qiymətləndirilməsi, növbəti mərhələdə isə müəyyən edilmiş güclərin ötürücü şəbəkəyə inteqrasiyasının tədqiqi həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 23 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri