Icma.az
close
up
RU
Azərbaycan Çin strateji tərəfdaşlığının əhəmiyyəti ŞƏRH

Azərbaycan Çin strateji tərəfdaşlığının əhəmiyyəti ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasət prioritetlərinin cəmiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu müsahibədə dövlət başçısı regional və qlobal proseslərə dair mövqeyini ifadə etməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerə və strateji tərəfdaşlıq əlaqələrinə xüsusi diqqət yetirmişdir.

Müsahibədə vurğulanan əsas məqamlardan biri də Azərbaycan ilə Çin Xalq Respublikası arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləridir. Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq anlayışı dövlətlərarası əlaqələrin ən yüksək səviyyələrindən birini ifadə edir. Bu münasibətlər yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda siyasi dialoq, təhlükəsizlik, nəqliyyat-logistika, enerji, mədəniyyət və humanitar sahələri də əhatə edir.

Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan–Çin münasibətləri qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsipləri əsasında inkişaf edir. Çin Xalq Respublikası dünya iqtisadiyyatında və beynəlxalq siyasətdə aparıcı mövqeyə malik olan qlobal güclərdən biridir. Azərbaycanın Çinlə strateji tərəfdaşlıq münasibətləri qurması ölkənin balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit ölkə kimi rolu daha da güclənmişdir. Azərbaycan–Çin strateji tərəfdaşlığı iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, ticarət əlaqələrinin genişlənməsi və investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibəsində bu məsələlərin vurğulanması strateji tərəfdaşlığın ölkənin uzunmüddətli inkişaf strategiyasındakı rolunu bir daha nümayiş etdirir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Çin strateji tərəfdaşlığının ölkənin xarici siyasətində böyük əhəmiyyət daşıyan hadisələrdən biri olduğunu təsdiqləyir. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və qlobal əməkdaşlıq proseslərində fəal iştirakına mühüm töhfə verir.

Könül ibrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri