Icma.az
close
up
RU
Azərbaycan Çin: təhlükəsiz dünya naminə əməkdaşlıq

Azərbaycan Çin: təhlükəsiz dünya naminə əməkdaşlıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Nümunəvi birgə fəaliyyət modeli

Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı aprelin 23-də hər iki ölkənin lideri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” fundamental əhəmiyyətə malik sənəddir. Fikrimizi təsdiqləyən bir sıra məqamlar var. Onlardan ən başlıcası budur ki, bəyanat təkcə ölkələr arasındakı münasibətlər sistemini əhatə etmir, eyni zamanda, Azərbaycanın və Çinin dünyaya müştərək baxışını müəyyənləşdirir. Daha doğrusu, baxışa dolğunluq qazandırır. Hesab edirik ki, bu baxımdan sənədin 15-ci bəndi üzərində dayanmağa xüsusi ehtiyac var.

Beləliklə, birgə bəyanatın 15-ci bəndində bildirilir ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir.

Əvvəla, bir vacib məqamı vurğulayaq ki, həm Qlobal İnkişaf Təşəbbüsü (QİT), həm Qlobal Təhlükəsizlik Təşəbbüsü (QTT), həm də Qlobal Sivilizasiya Təşəbbüsü (QST) birlikdə Çinin beynəlxalq münasibətlərdə yeni dünya nizamı qurmaq istiqamətindəki strategiyasının əsas sütunlarını təşkil edir.

Global Development Initiative kimi beynəlxalq siyasi terminologiyada özünə yer tapmış QİT Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasında irəli sürülüb və özündə çoxşaxəli inkişafın müxtəlif elementlərini birləşdirir. Bu müstəvidə açıqlanan əsas prinsiplər inkişafı prioritet saxlamaqdan, insan mərkəzli yanaşmaya sadiq qalmaqdan, heç bir ölkəni və insanı ikinci plana atmamaqla ümumi faydanı təmin etməkdən, innovasiya əsaslı inkişafın təşviqindən, insan və təbiət arasında harmoniyanı qorumaqdan, habelə nəticəyönümlü fəaliyyət növlərinə sadiq qalmaqdan ibarətdir.

QİT çərçivəsindəki prioritetlər də özünün çoxşaxəliliyi ilə diqqət çəkir. Mövcud təşəbbüs çərçivəsində aparılacaq iş yoxsulluğun azaldılmasını, qida təhlükəsizliyinin təmin edilməsini, pandemiyalara qarşı mübarizəni və vaksinlərin hazırlanmasını, inkişaf üçün maliyyələşməni, iqlim dəyişikliyinə adekvat reaksiyanı və yaşıl inkişafa nail olunmasını, sənayeləşmənin sürətləndirilməsini, rəqəmsal iqtisadiyyat dövründə əlaqəliliyin yaradılmasını hədəf götürür. QİTin əsas məqsədi isə BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirmək və inkişafda olan ölkələrə daha güclü, yaşıl və sağlam inkişaf yolu təqdim etməkdir.

“Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na gəlincə, 2023-cü ilin məlumata görə, bu platformada 70-dən çox ölkə və təşkilat təmsil olunur. Çinin mövcud təşəbbüs çərçivəsində 20 milyard dollarından çox vəsait fondu var və ölkə hazırda bu istiqamətdə 1100-dən çox layihəsi həyata keçirib.

***

Qlobal Təhlükəsizlik Təşəbbüsünün (Global Security Initiative – (GSI) müəllifi də Çin lideri Si Cinpindir. 2022-ci il aprelin 21-də Boao Asiya Forumunda onun tərəfindən irəli sürülmüş bu təşəbbüs özündə Pekinin qlobal təhlükəsizlik arxitekturasına dair alternativ baxışını əks etdirir. O, BMT Nizamnaməsinin prinsiplərinə əsaslanaraq, qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmuş təhlükəsizlik modelini təşviq edir. Bu platforma üzrə əsas prinsipləri ortaq, hərtərəfli, əməkdaşlığa və davamlı təhlükəsizlik vizyonuna sadiqlik, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların legitim təhlükəsizlik narahatlıqlarını ciddiyə almaq, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət, fikir ayrılıqlarını və mübahisələri dialoq və məsləhətləşmələr, sülh yolu ilə aradan qaldırmaq, həm ənənəvi (hərbi), həm də qeyriənənəvi (kiber, enerji, ərzaq və iqlim) təhlükəsizlik sahələrində təhlükəsizliyi qorumaq təşkil edir. Başlıca məqsəd isə qlobal təhlükəsizlik idarəçiliyində mövcud boşluqları aradan qaldırmaqdan, beynəlxalq sabitliyi artırmaqdan və davamlı sülhə nail olmaqdan ibarətdir. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, 100-dən çox ölkə və beynəlxalq təşkilat QTİni dəstəklədiyini ifadə edib və bu təşəbbüs 90-dan çox ikitərəfli və çoxtərəfli sənədlərə daxil edilib.

***

Nəhayət, Qlobal Sivilizasiya Təşəbbüsü (QST) (Global Civilization Initiative – (GCI) barədə söz açaq. QST Çinin beynəlxalq münasibətlərdə mədəniyyətlərarası dialoqun və sivilizasiyaların müxtəlifliyinə ehtiramın təşviqi istiqamətində atdığı addımdır. Bu təşəbbüs müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlayışın və dostluğun artırılmasına yönəlib və Si Cinpin tərəfindən 2023-cü ilin martında irəli sürülüb. Onun əsas prinsipləri sivilizasiyaların müxtəlifliyinə hörmət və sivilizasiyaların qarşılıqlı şəkildə mənimsənilməsi, ortaq dəyərlərin – sülhün, inkişafın, ədalətin, demokratiya və azadlığın təbliği, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, humanitar mübadilənin təşviqi, habelə sosial və mədəni modellərin zorla ixracına qarşı çıxmaq, hər bir ölkənin öz inkişaf yolunu seçmək hüququna ehtiramla yanaşılmasıdır. Başlıca məqsəd isə müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlayış və dostluğu artırmaqdan, insan sivilizasiyasının inkişafını və tərəqqisini birgə təşviq etməkdən ibarətdir.

***

Əlbəttə, rəsmi Pekinin hər üç təşəbbüsünün çoxşaxəli strukturunun aktiv tənqidçiləri də var və bunu, müəyyən mənada, təbii saymaq mümkündür. Bəzi ekspertlər bildirirlər ki, Çinin fəallığı ABŞ-ın qlobal liderliyinə alternativ mahiyyət daşıyır və ölkə öz təsir dairəsini genişləndirmək məqsədini güdür. Amma bunun belə olmadığı məlumdur və mövcud istiqamətdə müxtəlif əksarqumentlər irəli sürmək mümkündür. Ən başlıca arqument isə budur ki, Çin nə qədər güclü dövlət olsa da, heç bir halda imperialist siyasət yürütmür, yalnız bərabərtərəfli əməkdaşlığa can atır. Təbii ki, özünün prinsipial maraqlarını əsas götürmək şərtilə. Sevindirici durum isə ondan ibarətdir ki, həmin maraqların ölkəmizin mənafeləri ilə uzlaşma nöqtələri kifayət qədər çoxdur. İstər “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”, istərsə də ötən il iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” fikrimizin təsdiqidir.

***

Azərbaycan da regionun mühüm aktoru kimi Cənubi Qafqazda əməkdaşlığın dərinləşməsində, sülhün, sabitliyin qərarlaşmasında maraqlıdır. Rəsmi Bakı regionun təhlükəsizliyini qlobal təhlükəsizlik baxımından əsas götürür. Görünür, həm də bu səbəbdən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 15-ci bəndində bildirilir ki, “Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır”.

Sənəddə, habelə, ölkəmizin Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirdiyi, sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazır olduğu vurğulanır. Ən əsası isə “Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir”.

Yeri gəlmişkən, Çin “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni 2024-cü il iyunun 7-də BMT Baş Assambleyasının 78-ci sessiyasında irəli sürmüş, sənəd yekdilliklə dəstəklənmiş və 10 iyun tarixi “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü” elan edilmişdi. Sessiyada iştirak edən Çinin BMT-dəki daimi nümayəndəsi Fu Conq qətnaməni təqdim edərkən bildirmişdi ki, dünya hazırda bir sıra qarşılıqlı əlaqəli böhranlarla üzüzədir və mövcud şəraitdə sivilizasiyalararası dialoq ayrıseçkiliyin və önyarğıların aradan qaldırılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansının yüksək nümayəndəsi Miqel Moratinos isə Çinin təşəbbüsün mədəni müxtəlifliyin dəyərinin artırılmasına və universal insan dəyərlərinin təşviqinə töhfə verdiyini açıqlamışdı.

Bir məqamı da vurğulayaq ki, belə bir qətnamə ideyası da Pekinin haqqında söz açdığımız Qlobal Sivilizasiya Təşəbbüsünün prinsiplərinə söykənir. Qətnamədə vurğulanır ki, bütün sivilizasiya nailiyyətləri bəşəriyyətin ümumi irsidir. Sənəddə həmçinin, mədəni müxtəlifliyin dəyəri və sivilizasiyalararası dialoqun dünyada sülhün qorunmasında, ümumi inkişafın təşviqində və insan rifahının artırılmasında rolu önə çəkilir, BMT-yə üzv dövlətlər və təşkilatın əlaqədar qurumları 10 iyun tarixini qeyd etməyə və bu məqsədlə maarifləndirici tədbirlər keçirməyə dəvət olunur.

***

Sonda onu da bildirək ki, həm “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın özü, həm də onun üzərində dayandığımız 15-ci maddəsi Bakı – Pekin münasibətlərinin ruhunun dolğun ifadəsidir. Sənəd Azərbaycan – Çin əlaqələrinin ardıcılıq göstəricisi kimi müstəsna önəm daşımaqla yanaşı, qarşılıqlı işbirliyinin bəşəri məqsədlərə kökləndiyini göstərir. Bu məqsədlərdə isə insanlığa fayda kimi nümunəvilik var. Ona görə tam əminliklə deyə bilərik ki, dünyanın super gücü olan Çinlə Cənubi Qafqazın lider ölkəsi statusuna malik Azərbaycanın müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq xətti yaşadığımız coğrafiyanın dünyaya və Avropaya açılımının daha geniş trayektoriyasının müəyyənləşdirilməsi baxımından müstəsna rol oynayacaq, regionda yaşayan xalqların rifahını gücləndirəcək.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see169

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see136

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see131

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see128

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

25 Aprel 2025 10:53see125

Özbəkistan Gülnarə Kərimovadan daha 95 milyon dolları geri aldı

24 Aprel 2025 13:21see125

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

24 Aprel 2025 18:14see123

Koman Bavariyanı tərk edir

24 Aprel 2025 12:31see123

Netflix in rəhbəri Hollivudun xilaskarını açıqladı

25 Aprel 2025 03:31see121

Tramp Kiyevi sülhə məcbur etməməlidir Rutte

24 Aprel 2025 18:15see121

Anasını öldürüb qalıqlarını zibil torbalarına yığdı

24 Aprel 2025 12:33see120

CapCut un rəqibi var

25 Aprel 2025 04:01see120

Azərbaycan Bakı Tbilisi Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir

24 Aprel 2025 13:20see120

Vyanada Məhəmməd Əsəd bəyin xatirəsi anılıb

24 Aprel 2025 16:44see118

Bavariya Qalatasaray dan aldığı futbolçunu satacaq

25 Aprel 2025 01:00see117

Trampın ticarət savaşı ABŞ nəhəngini sarsıtdı: “Boeing” yeni müştəri axtarışında… KONKRET

24 Aprel 2025 18:02see115

Manatla bağlı acınacaqlı vəziyyət Bahalaşma qapıda…

25 Aprel 2025 06:30see115

Peruda beş min illik məzar tapılıb

26 Aprel 2025 04:38see114

Azərreyl in baş məşqçisi: “Komandamız üçün gözlənilən, lakin çətin bir qələbə oldu”

24 Aprel 2025 18:32see112

Tarkan sükutunu pozdu

26 Aprel 2025 05:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri