Azərbaycan cüdoçusu qızıl medal qazandı Avropa çempionatı
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan təmsilçisi Hüseyn Allahyarov Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.
Metbuat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan tatamı ustası finalda polşalı Yakub Krovskidən güclü olub.
Qeyd edək ki, Azərbaycanın qadın cüdoçularından Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (63 kq) də finala vəsiqə qazanıblar.

