Icma.az
close
up
RU
Azərbaycan dağlarında dörd metr boyunda insanlar...

Azərbaycan dağlarında dörd metr boyunda insanlar...

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Siqhizm dünyanın 10 böyük dinindən biridir. Bu dinə inanan insanlar özlərini Siqh olaraq tanıyırlar. İslamın Uzaq Şərqə daxil olması nəticəsində islamla hinduizmin sintezi nəticəsində Quru Nanek tərəfindən XVI əsdə yaradılıb. Quru Nanak içində böyüdüyü hindu fəlsəfəsini rədd etməsi ilə tanınır. “Tanrılar” anlayışını pisləyən Nanak yalnız bir Tanrı olduğu fikrini təbliğ edib.

Onun haqqında yazanlar qeyd edirlər ki, Quru Nanak dünya səyahətinə çıxıb. O, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan “tək Allah”in mesajını yaymışdır.

Bu müddət ərzində o, Yaxın Şərqə, bütün Cənubi Asiyaya, Orta Asiyaya və Avropaya səfər etmişdir. Səyahətləri zamanı pakistanlı çoxsaylı gündəliklər doldurmuş və hətta ən inanılmaz şeyləri belə eskiz etməyə çalışmışdır. Qayıtdıqdan sonra əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Lakin onun 1502-ci ildə yazdıqları daha inanılmaz görünür. Quru Nanak Azərbaycanın dağlıq bölgələrindən birinə səfər edərkən çılpaq, dörd metr boyunda kişilər gördüyünü qeyd edir. Onlarla danışmaq istəyib, lakim imtina ediblər. Onun yazdıqlarına görə, ona cavab verməyən bu nəhəng adamlar öldürdükləri ovla əylənməyə davam ediblər. Pakistanlı yazırdı ki, onlar nəhəng vəhşilərdir, görünür, mağaralarda yaşayırlar və yerli sakinlərdən mal-qara oğurlayırlar və ya yemək axtarırlar.

Maraqlıdır ki, Quru Nanakdan əvvəl də bölgəyə gələn ərəb səyyahlar uzunsaqqallı nəhənglərlə qarşılaşdıqlarını iddia edirdilər. Onlar adətən cüt-cüt səyahət edir, yonulmuş ağac gövdələri və ya daş qayalar daşıyırdılar. Azərbaycan nağıllarında DİV və yaxud insandan iki dəfə böyük “mağara döyüşçüləri” arasındakı qarşıdurmaları təsvir edən yerli dastanlar da eyni canlılardan bəhs edir.

Müxtəlif xalqların folklorunda nəhəng qəhrəmanlara rast gəlmək mümkündür. Bir qayda olaraq bu nəhənglər qeyri-adi gücə və çox böyük bədən ölçülərinə malik olurlar. Dünyanın müxtəlif xalqlarının azman insanlardan bəhs edən mif və əfsanələrinin olması təsadüfi deyil. Çox güman ki, bu əfsanələrin təməlində nəsildən-nəslə ötürülmüş real faktlar dayanır. Söhbət boyu 5 metrə çatan azman insanlardan gedir. Qədim tarixi sənədlərdə uzaq keçmişdə nəhəng insanların yaşadığına dair müxtəlif sübutlar var.

Türk etnoqonik miflərinə görə də Azərbaycanın ən qədim insanlar olan uğuzlar çox uca boylu olmuşlar. Gəncəbasar, Qərbi Azərbaycan, Borçalı və digər ərazilərimizə məxsus folklorda qeyd edilir:

“Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur”.

El arasında deyirlər ki, uğuzlar bizim əcdadlarımız olublar.

Qədim dövr mifoloji düşüncələrinə görə, keçmiş dövr insanları çox böyük olarmış, ayaqlarının sırf dizdən aşağısı iki metr yarım olurmuş və min ildən daha çox yaşayarmışlar.

Əlbəttə ki, nəhənglərin mövcudluğuna inanmaq çətindir. Xüsusilə də bizim dövrümüzdə. Görünür, bu gün onlardan heç biri qalmayıb. Lakin orta əsr mədəniyyət xadimlərinin, səyyahların və yerli sakinlərin hekayələrinə baxsanız, nəhənglər haqqında məlumatlara rast gələ bilərsiniz. Digər tərəfdən, əjdahalar, divlət, təpəgözlər və digər "möcüzələr" haqqında hekayələrin o dövrdə çox məşhur olduğuna şübhə yoxdur.

O, həmçinin Məkkəyə səfər edərək Həcc ziyarətini yerinə yetirmiş və Siqh ənənəsinə görə, İran və Türküstanı gəzərək çoxsaylı sufi məclislərində iştirak etmişdir. Bu səyahət zamanı o, Bakıya səfər etmiş və Abşeronun "əbədi alovlarının" şahidi olmuşdur.

BAX:

В. С. Воробьёв-Деѝѝтовѝкий. Заметка по индийѝкой ѝпиграфике, Эпиграфика Воѝтока, IX, 1954 г.

Modi, Jivanji Jamshedji. My Travels Outside Bombay, Iran, Azerbaijan, Baku, 1924. http://www.avesta.org/modi/baku.htm

Singh, (Sahib. Sri Guru Granth Sahib Darpan. (Punjabi). Vols 10. 1972.

Zaur Əliyev

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Dekabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri