“Azərbaycan Dəmir Yolları” investisiya qiymətli kağızları əldə edib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-cü ildə 58,092 milyon manat dəyərində investisiya qiymətli kağızları əldə edib.
“Report” bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ADY-nin investisiya qiymətli kağızlarına yatırımları onun aktivlərinin 1 %-ni təşkil edib.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.
Baxış sayı:52
Bu xəbər 28 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















