Azərbaycan derbilərində indiyədək üç futbolçu het trik etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Qarabağ" və "Neftçi" komandaları arasında indiyədək keçirilmiş oyunlarda üç futbolçu het-trik edib.
Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan derbilərində bunu ancaq Ağdam klubunun oyunçuları bacarıb.
"Köhlət atlar"ın sabiq üzvləri Georgi Adamiya, Reynaldo Silva və Filip Ozobiç "ağ-qaralar"a qarşı bir matçda üç qol vura biliblər.
Tərəflərin duelində il dubla isə Yunis Hüseynov ("Neftçi") 1994-cü ildə imza atıb. Qarşılaşma Bakı klubunun 3:2 hesablı qələbəsi ilə bitib. "Qarabağ"ın ilk dublu isə bir il sonra Müşfiq Hüseynovun aktivinə yazılıb. Həmin görüşdə qalib müəyyənləşməyib - 2:2
Yalnız iki futbolçu 2 dəfə dubla yadda qalıb. Bunlar Mahir Emreli və Kadi Borgesdir (hər ikisi "Qarabağ").
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, 2004-cü ildə 3:1 hesabı ilə qalib gəldikləri matçda "Neftçi"nin futbolçusu kimi fərqlənib.
Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Neftçi" oyunu noyabrın 9-da baş tutacaq.
Baxış sayı:87
Bu xəbər 07 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















