Icma.az
close
up
RU
Azərbaycan derbisi: hansı komanda daha şanslıdı?

Azərbaycan derbisi: hansı komanda daha şanslıdı?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aslan Kərimov: “Məncə, derbi gözlədiyimiz qədər gərgin keçməyəcək”
“İmarət Tayfa”: “Neftçi”yə rahatlıqla qalib gələcəyik”
Bu gün ölkə futbolunda həm meydanda, həm də meydandan kənarda baş verəcək hadisələr üzündən gündəmi zəbt edəcək daha bir oyunun şahidi olacağıq.

Təbii ki söhbət təməli 1990-cı illərə dayanan Azərbaycan derbisindən, “Qarabağ”la “Neftçi”nin duelindən gedir. Axı bu komandaların qarşılaşmaları daim futbolçular arasında yaşanan dava-dalaş, azarkeşlərin söz, bəzən də yumruq davasıyla bitir. Odu ki, axşam saatlarında gözümüz-qulağımız Tofiq Bəhramov adına Respublika stadionunda olmalıdı. O başqa məsələ ki, arenada yer almaq daha məqsədəuyğun olar!
İndiyə qədər oyun üçün 5 mindən artıq bilet satılıb. Əlbəttə, burda matçın prinsipiallığıyla yanaşı, “Qarabağ”ın azyaşlı azarkeşləri üçün rəngarəng hədiyyə kampaniyası keçirməsinin də rolu var. Ağdam təmsilçisi matçdan əvvəl stadion ərazisində fəaliyyət göstərəcək fanzonada azyaşlı azarkeşlərə boyama kitabları hədiyyə edəcək. Həmçinin, fanzonada üz boyama, qidalanma, əyləncəli fəaliyyətlər və başqa bir sıra hədiyyələr də olacaq. Yeri gəlmişkən, “köhlən atlar”ın rəsmi “feysbuk” səhifəsi vasitəsilə azarkeşlərə səslənən Kadi Borges də hamını stadiona çağırıb. Yəqin ki, “Qarabağ” tərəfdarları sevimli futbolçularının sözünü yerə salmaz.
Meydandankənar vəziyyətlə bağlı gözləntilər öz yerində. Bəs meydanda nələr yaşana bilər? İlk növbədə hər iki komandanın aprelin 23-də ölkə kubokunun yarımfinal mərhələsinin cavab ounları çərçivəsində meydana çıxmalı olduğunu xatırladaq. Yalnız bu amilin oyunun tempinə, dinamikasına mənfi təsir etmək ehtimalı var. İllərdi öyrəşdiyimiz prinsipiallığı da xatırlatmaqda fayda var. Amma indi elə məqamdı ki, məsələnin mənəvi tərəfini bir qədər də qabartmalıyıq. Çünki “Qarabağ” “Neftçi”yə qalib gəlsə, “Zirə” “Sumqayıt”la matçda xal itirsə, ağdamlılar məhz Azərbaycan derbisində qazanılan xallar sayəsində çempionluğu təmin edəcək ki, bu, “ağ-qaralar” üçün çox ciddi mənəvi zərbə olar. Odu ki, bu amilin odun üstünə benzin tökəcəyini düşünsək, yanılmarıq.
Məhz bu məsələlərlə bağlı təcrübəli mütəxəssis Aslan Kərimovun fikirlərini öyrəndik:

“Son 10 ildə “Qarabağ”dan çempionluğu “oğurlayan” məhz Samir Abasovun çalışdırdığı “Neftçi” olub. Amma mənə görə ölkə kubokundakı və premyer-liqadakı durum bu matçın önəmini, kəsərini azaldır. Azərbaycan derbisi haqda çox danışılmasının səbəbi keçmişdən qalan rəqabətdi. Əlbəttə, “Qarabağ” qalib gələcək. Ağdamlıların həm əsas heyəti, həm də ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları rəqiblə müqayisədə qat-qat üstündü. Abdulla Zubir, Leandro Andrade, Yassin Benzya, Marko Yankoviç, Kevin Medina kimi futbolçular meydandadısa, hansısa komandanın “Qarabağ”ı məğlub etmək ehtimalı çox aşağıdı. Amma bu oyunçular oynamasa, komandanın gücü yarıya qədər azalır. Aleksey İsayev, Redon Cica və Emmanuel Addai ilk dəqiqələrdən meydanda olsa, “Neftçi”nin müəyyən qədər şansları ola bilər. Amma “Qarabağ”ın növbəti rəqibinin “Araz-Naxçıvan” olduğunu da unutmamalıyıq. Düzdü, “Qarabağ”ın texniki heyəti bunu etiraf etmir, amma komanda “Araz-Naxçıvan”a qarşı daha aqressiv oynamağa başlayıb və arada rəqabət yaranıb. Komandalar arasında ayrı-seçkilik etmək istəmirəm. Naxçıvanlıların da səhvləri olub. Yenə də sarı, qırmızı vərəqələr, gülməli də olsa, havada uçan planşet... Məncə, “Qarabağ” daha çox “Araz-Naxçıvan”la oyunu gözləyir. Buna görə də “Neftçi” ilə oyuna köklənmək, əsas heyət oyunçularının meydanda olması kimi məqamlar mənim üçün sual altındadı. Yəqin ki, aparıcı futbolçular müəyyən dəqiqələrdə çıxış edəcəklər. Onsuz da “köhlən atlar”ın “ağ-qaralar”a qalib gəlmək şansı həddən artıq çoxdu. O başqa məsələ ki, bu məqamları “Neftçi”yə aid edə bilərik. Axı “Qarabağ” uduzsa da, əvvəl-axır çempion olacaq. “Neftçi” isə ölkə kubokunda uduzmamalıdı. Əks halda, avrokuboklara yollanmaq hədəfi puç olacaq. Buna görə də bakılılar əsas gücünü kubok matçına qoymaq istəyə bilər. Məncə, Azərbaycan derbisi gözlədiyimiz qədər gərgin keçməyəcək”.


Təbii ki, söhbət Azərbaycan derbisindən gedirsə, azarkeşlərə də tribuna verməliyik. Bu dəfə də ənənəmizə sadiq qaldıq. İş ondadı ki, “Forza Neftçi” yenə media ilə ünsiyyətdən qaçdı. “İmarət Tayfa”nın üzvlərindən Elnur Quliyevin fikirləri:

“Qarabağ” çempionatdakı istənilən komandadan azı iki qat güclüdü. “Neftçi”yə rahatlıqla qalib gələcəyik. Növbəti çempionluğa doğru!”


Bu arada hələ də bilet almayan azarkeşlər biletləri “iTicket.az” saytından onlayn şəkildə, oyun günü isə həm də stadionun kassalarından əldə edə bilərlər. Qeyd edək ki, qapılar azarkeşlər üçün start fitindən 120 dəqiqə əvvəl açılacaq.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri