Qubada iki kəndin yolu yararsız vəziyyətdədir FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qubanın Çinarlı və Nərimanabad kəndlərindən keçən yolun yararsız vəziyyətə düşməsi bu yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində problem yaradıb.
Avtosfer.az Report-a istinadla xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, Çinarlı kəndindən Xaçmaz, Nərimanabad kəndindən isə Bakı istiqamətinə hərəkəti təmin edən yol qovşağının asfalt örtüyünün dağılması həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətini xeyli çətinləşdirib.
Sakinlər yolun bu vəziyyətə düşməsini ərazidən gün ərzində yüzlərlə ağırtonnajlı yük maşınının (TIR) hərəkət etməsi ilə əlaqələndirirlər. Bildiriblər ki, yağıntılı hava şəraitində yolda əmələ gələn dərin gölməçələr və yığılan palçıq hərəkəti mümkünsüz edir. Sakinləri narahat edən əsas məqamlardan biri də qovşağın yaxınlığında yerləşən məktəbin şagirdlərinin həmin yolu keçərkən təhlükə ilə üzləşmələridir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Quba 5 saylı Yol İstismarı İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, sözügedən yolda yaranmış problem haqqında məlumatlıdırlar:
"Qeyd olunan yolun əsaslı təmir olunması nəzərdə tutulur və artıq lazımi sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib. Bu aylarda hava şəraitinin qeyri-sabit olması təmir işlərinin həyata keçirilməsinə maneə törədir. Hava şəraitinin mülayimləşməsi ilə yolda təmir-bərpa işlərinə başlanılacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















