Icma.az
close
up
RU
Azərbaycan diasporunun rəhbəri Uraldakı istintaq təcridxanasında hansı şəraitdə saxlanılır?

Azərbaycan diasporunun rəhbəri Uraldakı istintaq təcridxanasında hansı şəraitdə saxlanılır?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya salınan Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski qohumlarından bağlama ala bilər. Onun gündəlik rejimi kiçik kamerada olmasına baxmayaraq, digər məhbuslardan heç nə ilə fərqlənmir.

Oxu.Az-ın xəbərinə görə, Ura.ru nəşri Şıxlinskinin hansı şəraitdə həbsdə saxlanması barədə məlumat verib.

"1 saylı istintaq təcridxanasında bir neçə xüsusi post var: 17, 21, 25 və s. Bu, təxminən on təkadamlıq kameradan ibarət dəhlizdir. Hər bir kamera, yəqin ki, altı metrdir. Orada çarpayı, unitaz, kiçik stol və rəf var. Kiçik pəncərəsi var", - deyə Ura.ru-nun təhlükəsizlik mühitindəki mənbəsi təsvir edib.

Onun sözlərinə görə, təkadamlıq kameraya salınan məhbuslar da gəzintiyə çıxarılır.

"Oyanmaq vaxtı səhər 6-dadır, idman, səhər yeməyi və hər şey müəyyən olunmuş qrafikə uyğun həyata keçirilir. Qeyd etmək istərdim ki, belə məhbuslar daha ciddi nəzarət altındadırlar", - deyə mənbə əlavə edib.

Hüquqşünas və "Hüquqi əsas" assosiasiyasının rəhbəri Aleksey Sokolov qeyd edib ki, Şıxlinskini onun öz təhlükəsizliyi üçün təkadamlıq kameraya salmış ola bilərlər.

"Belə kameralara başqa insanlar tərəfindən təhlükə ola biləcək şəxsləri salırlar. Çox güman ki, onu başqa məhbuslardan qoruyurlar. O, qohumlarından bağlamalar ala bilər. Kitablar da ala bilər", - deyə təkadamlıq kamerada altı ay keçirmiş Sokolov bildirib.

Təhlükəsizlik güclərindəki üçüncü mənbə əlavə edib ki, həmçinin kriminal avtoritetlər, "terrorçuluq" maddələri ilə saxlanılan şəxslər və ya məmurlar da "təkadamlıq"lara düşür.

"Əgər şəxs istintaq təcridxanasında qrafikə əməl etmirsə, o da təkadamlıq kameraya və ya daha sərt şərtlərin olduğu karserə düşə bilər", - deyə agentliyin mənbəsi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri