Icma.az
close
up
RU
Azərbaycan digər alternativ marşrutların bloklanması hüququnu özündə saxlayır Deputat

Azərbaycan digər alternativ marşrutların bloklanması hüququnu özündə saxlayır Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyə ilə sərhədə gedən dəmir yollarının bərpasını istəyib.
Paşinyan bu barədə “24 News YouTube” kanalında yayımlanan müraciətində bildirib. O, Yerasx-Azərbaycan sərhədi və Axurik-Türkiyə sərhədi istiqamətlərində dəmir yollarının təcili bərpasını xahiş etdiyini qeyd edib.

Baş nazir, həmçinin İcevan–Qazax hissəsinin də təmirə ehtiyacı olduğunu vurğulayıb və rusiyalı tərəfdaşların bu tələbləri tezliklə yerinə yetirəcəyinə ümid etdiyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Paşinyanın iki istiqamət üzrə dəmir yollarının Azərbaycanla birləşdirilməsi ilə bağlı Rusiya Federasiyasına müraciət etməsi Ermənistan dəmir yollarının hüquqi baxımdan Rusiyanın idarəçiliyində olması ilə əlaqədardır. 

"Hər iki marşrut sovet dövründən qalan istiqamətlərdir. Bunlardan biri ermənilərin Yersax, Azərbaycan tərəfindən Arazdəyən adlandırılan Arazdəyən-Sədərək marşrutunun bir hissəsidir. Bu marşrutun təxminən 5 kilometrlik hissəsi dağıntılara məruz qalıb və hazırda istifadə olunmur. Digər marşrut isə İcevan-Qazax hissəsidir ki, bu da sovet dövrünə aid olan bir marşrutdur. Burada da çox az bir hissə, təxminən 2 kilometrlik bir sahə istifadəyə yararsız vəziyyətdədir və qısa müddətdə bərpa oluna bilər. Lakin bu marşrutların heç biri Zəngəzur dəhlizinə alternativ deyil. Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan üzərindən Avropaya və Türkiyəyə gedən ən qısa və səmərəli yoldur. Hazırkı mərhələdə bu marşrut yüklərin daşınması üçün ən əlverişli və effektiv yol hesab olunur. Bundan əlavə, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirən tək yol olaraq önə çıxır. Digər alternativ marşrutlar isə Azərbaycanı Naxçıvanla birbaşa əlaqələndirmir. Buna görə də Zəngəzur dəhlizinin açılması, regional inteqrasiyanın həyata keçməsi üçün mütləq vacibdir. Əks təqdirdə, Azərbaycan digər alternativ marşrutların bloklanması hüququnu özündə saxlayır", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri