Icma.az
close
up
RU
Azərbaycan dili

Azərbaycan dili

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan dili – xalqımızın mənəvi sərvəti, milli kimliyimizin ayrılmaz parçası, dövlətimizin suverenliyini və müstəqilliyini təcəssüm etdirən başlıca amillərdən biridir. Hər bir xalq üçün onun ana dili milli varlığının, mənəviyyatının, dünyagörüşünün, tarixinin və mədəniyyətinin güzgüsüdür. 

Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də 2001-ci il avqustun 9-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan olunması oldu. Bu fərman, təkcə simvolik mahiyyət daşımırdı – o, ana dilimizin dövlət səviyyəsində qorunmasına, təbliğinə və inkişafına geniş yol açdı. Tarixi günün təsis olunması Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasətində apardığı ardıcıl, uzaqgörən və milli maraqlara əsaslanan möhkəm strategiyasının məntiqi nəticəsi, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin bariz təzahürüdür.

Ulu Öndərin dil siyasətində əsas məqsəd Azərbaycan dilinin milli kimliyin daşıyıcısı kimi cəmiyyətdə aparıcı mövqeyini qorumaq və gələcək nəsillərə bu mənəvi mirası bütöv şəkildə ötürmək idi. O, vurğulayırdı ki, "Azərbaycan dili – Azərbaycan xalqının milli sərvətidir".

Prezident İlham Əliyev də ana dilinə dair strategiyanı ardıcıl şəkildə davam etdirərək, dilin saflaşdırılması, qorunması və zənginləşdirilməsi ilə bağlı bir sıra mühüm sərəncamlar və proqramlar imzalamışdır. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dil siyasətinin daha da gücləndirilməsi haqqında” 2018-ci il tarixli sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Həmin sənəd dilimizə yad təsirlərin qarşısını almağa, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə dil normalarına əməl olunmasına, dil mədəniyyətinin yüksəldilməsinə yönəlib.

Latın qrafikalı yeni Azərbaycan əlifbasının qəbul edilməsi müstəqil dövlətçilik ideologiyası ilə bilavasitə bağlıdır. Bu dəyişiklik xalqımızın milli kimliyinə qayıdışını, türk dünyası ilə inteqrasiyasını və müasir dünyada Azərbaycan dilinin beynəlxalq səviyyədə tanıdılmasını təmin edən mühüm addım olmuşdur. 

XX əsrin əvvəllərindən etibarən Azərbaycan dili bir çox çətinliklər və təzyiqlərlə üzləşmişdir. Xüsusilə 70-ci illərdən etibarən Sovet İttifaqının milli siyasətində milli dillərin sıxışdırılması açıq şəkildə aparılırdı. SSRİ Konstitusiyasının qəbulundan sonra rus dili faktiki olaraq vahid dövlət dili kimi tətbiq edilir, digər milli dillərin rəsmi statusu isə formal xarakter daşıyırdı. Bu dövrdə ana dili uğrunda mübarizə aparmaq siyasi cəsarət tələb edirdi. 1930-cu illərdə milli mədəniyyət və dil məsələlərini gündəmə gətirən ziyalılar repressiyalara məruz qalır, Sibirə sürgün olunurdular. 

1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən siyasi və ictimai dəyişikliklər fonunda Azərbaycanda da milli oyanış gücləndi. Azərbaycan dili ilə bağlı tələblər daha açıq şəkildə ifadə olunmağa başladı. Ana dilinin rəsmi status alması, onun dövlət dili kimi tanınması üçün hərəkatlar gücləndi. Nəhayət, bu uzunmüddətli və mərd dirəniş öz bəhrəsini verdi – 1989-cu ildə Azərbaycan dili rəsmi dövlət dili statusu qazandı. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması bu sahədə tarixi hadisə idi. Bu müddəa ilə Azərbaycan dili yalnız hüquqi cəhətdən deyil, eyni zamanda milli-mənəvi səviyyədə də təsbit olundu. Artıq Azərbaycan dili müstəqil dövlətin atributu kimi cəmiyyətin bütün sahələrində – təhsil, hüquq, elm, mədəniyyət, informasiya məkanında aparıcı mövqe qazandı. 

Azərbaycan dilinin inkişafı və qorunması üçün sonrakı illərdə də mühüm addımlar atıldı. "Azərbaycan dilinin saflığının qorunması və dövlət dili kimi istifadəsinin genişləndirilməsi haqqında" sərəncamlar qəbul edildi, dilin normativ bazası möhkəmləndirildi, orfoqrafiya lüğətləri və qrammatik qaydalar yenidən işlənib nəşr olundu.

Müstəqillik dövründə dilimizin rəsmi statusunun möhkəmlənməsi ilə yanaşı, onun müasir texnoloji və qlobal informasiya mühitinə inteqrasiyası da diqqət mərkəzində olmuşdur. Azərbaycan dilində elektron resursların, proqram təminatlarının, rəqəmsal kontentin yaradılması və yayılması bu siyasətin vacib istiqamətlərindən biridir.

Azərbaycan dilinin müasir dövrdə informasiya texnologiyalarına, rəqəmsal məkana uyğunlaşdırılması, qloballaşma şəraitində qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımlar dilimizin gələcək nəsillərə sağlam və zəngin şəkildə ötürülməsi üçün mühüm zəmin yaradır.

Bu siyasətin nəticəsi olaraq təhsil müəssisələrində ana dilində tədris prioritet olaraq saxlanılır. Dövlət orqanlarının rəsmi sənədləri və kommunikasiya vasitələri Azərbaycan dilində aparılır. Ədəbiyyat, jurnalistika, televiziya və sosial media platformalarında dil normalarının qorunması məqsədilə nəzarət və təşviq mexanizmləri formalaşdırılır. Dilin zənginliyini əks etdirən leksikoloji və terminoloji bazalar yenilənir, yeni texnoloji platformalarda tətbiqi genişləndirilir.

2021-ci ildə yaradılan Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bu istiqamətdə önəmli fəaliyyət göstərərək dil pozuntularının aşkarlanması, aradan qaldırılması və ictimai maarifləndirmə işinin gücləndirilməsi sahəsində mühüm rol oynamışdır. Mərkəzin fəaliyyəti 2024-cü ilə qədər davam edərək, dövlət dilinin tətbiqinə nəzarət və ictimai dildə keyfiyyətin artırılması baxımından mühüm təcrübə formalaşdırmışdır.

Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünya azərbaycanlıları üçün də milli kimliyin təməl sütunudur. Ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir azərbaycanlının mənəvi borcudur. Biz, bu dili yaşadaraq həm öz tariximizə sadiqliyimizi göstəririk, həm də gələcək nəsillərə örnək oluruq. "Konstitusiya və Suverenlik İli" çərçivəsində dövlət dili siyasətinə nəzər salmaq, onun hüquqi və mənəvi sütunlarını daha dərindən dərk etmək üçün mühüm fürsətdir. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinə verilən yer və bu istiqamətdə formalaşan dövlətçilik ənənələri, bir daha sübut edir ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın, suverenliyimizin və hüquqi əsaslarımızın təməl daşıdır.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan dili – bizim milli qürurumuz, dövlət müstəqilliyimizin ifadəsi, mədəniyyətimizin ən güclü daşıyıcısıdır!

Rəşidə Rzayeva 
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi, Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://missiya.az
archiveBu xəbər 01 Avqust 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see324

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see288

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see221

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see202

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see199

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see194

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see191

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see188

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see188

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see184

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see176

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see175

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see166

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see166

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see158

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see156

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see155

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see153

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see146

“Tanqo üçün iki nəfər lazımdır” Vens

20 May 2026 01:36see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri