Icma.az
close
up
RU
Azərbaycan dili haqqında

Azərbaycan dili haqqında

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fidan RZAYEVA

Son zamanlar Azərbaycan dilinin vəziyyəti haqqında bir çox müzakirələr yə mübahisələr diqqət çəkir. Belə müzakirələr əsnasında müxtəlif fikirlər irəli sürülür bunların bəzisi ilə razılaşmaq olar, başqaları isə diskussiya mövzusuna çevrilə bilər.

Bu fikirlərdən biri türk dilinin Azərbaycan dilini pozması, ehtiyacı olmadan bəzi sözlərin dilimizə daxil edilməsi və bu sayaq iradlardır. Bu fikirlə nisbətən razılaşmaq olsa da, Azərbaycan dilinə təhlükə yaratmasını zənn etmirik.

Türk dili və Azərbaycan dili olduqca yaxın dillərdir və birinin o birisinə zərər verməsi ehtimal edilə bilməz. İllər boyu dilimizə daxil olan və dili tamamilə qarmaqarışıq bir söz yığınına çevirən rus sözləri nədənsə bütün bu uzun müddət ərzində heç bir tənqid və etiraz doğurmurdu. Məsələn, "уже", "даже", "оказывается", "просто", "вообще", "значит", " неужели" (НЕУЖЕHHИ şəklində) "вce", "давай" və sairə onlarla rus sözü Azərbaycan danışıq dilinə çox dərin şəkildə hopmuş və bir çox adamların, hətta rəsmi şəxslərin nitqində belə təsadüf edilir.

Türk kəlmələrinə gəlincə, "yansımaq", "dəstəkləmək”, “özəl” və bir sıra başqa sözlər Azərbaycan dilinə daxil olmuş və burada çox təbii şəkildə boşluqları doldurmuşdur. Lakin bəzi adamların bir müddət Türkiyədə qalıb, indi Azərbaycana qayıtması ilə "mədəniyyət" yerinə "kültür”, yerli-yersiz "zatən" və s. işlətməsi heç bir zərurətdən doğmur və dilə uyğun olmayan elementləri təmsil edir. "Mədəniyyət" sözü ərəb mənşəli olsa da, Azərbaycan dilinə tam uyğunlaşmış və dildə olan bir sıra sözlərlə səsləşir (məsələn; qətiyyət, səmimiyyət, cəmiyyət və s.).

Bu tipli sözlərin dilimizdə çoxluğu "mədəniyyət" kəlməsini də azərbaycanca təbii səsləndirir.

Birinci və ən çox yayılmış pozuntu fonetik-orfoepik səviyyədə baş verir. Öncələr yalnız bir regiona xas olan bu tələffüz tərzi indi çox geniş yayılmış və demək olar ki, Azərbaycan əhalisinin xeyli faizini əhatə edir. Söhbət "ç" səsinin "Ц" (rus qrafıkasında olan) səsi ilə əvəz olunmasından gedir, məsələn, "çiçək" əvəzinə "цицək", "çox" yerinə "цox", "üçün" yerinə "üцün" və s. Bu tələffüz tərzi yalnız danışıq dilində deyil, hətta televiziya aparıcılarının, müəllimlərin, alimlərin və başqa ziyalıların da dilində yer almışdır. Bununla yanaşı, "c" səsinin də dəyişərək təxminən "dz" ilə əvəz edilməsi müşahidə olunur. "Cəmiyyət" yerinə "dzəmiyyət", "Cəmil" yerinə "Dzəmil" deyənlər də az deyil.

Bəzən "k" yerinə [ç], "g" yerinə [c], “kələm" yerinə "çələm"; "Nigar" əvəzinə "Nicar" və s. eşidirik.

Lakin bu hadisə hələ ki, lokal xasiyyət daşıyır və ümid edək ki, ümumi hal almayacaq.

Əlavə olaraq bir başqa məqama da diqqəti cəlb etmək istərdik; toplu isimlərə cəm şəkilçiləri artırmanın yanlış olmağını nəzərdə tuturam: musiqi, texnika, mebel və s. bu kimi sözlərə -lar, -lər cəm şəkilçilərinin artırılması səhvdir, yəni "musiqlər", "texnikalar", "mebellər" demək düzgün deyil.
Dilimizdə növ adı bildirən isimlər vardır. Məsələn, '"Mən bazardan almalar aldım" yox, "alma aldım" deyirik. Yəni burada cəm şəkilçisi işlənmir, çünki növ adı nəzərdə tutulur.

"Texnika" toplu isimdir və burada da cəm şəkilçisi işlənməsi düzgün deyil. "Müxtəlif texniki vasitələr", "müxtəlif növ mebel" deyilməlidir.

Tələffüzlə əlaqədar bir məqamı da qeyd etmək istərdim. Televiziya ilə çıxış edənlərin və xüsusilə də aparıcıların dilindəki qüsurları görməzdən gəlmək olmaz. Məsələn, "temperatur" yerinə "tempratur", "sürət" yerinə "surət", "təchiz" yerinə "təhciz", "layihə" yerinə "lahiyə" və "lahə" deyilir.

Xüsusi adların tələffüzündəki qüsurlar daha çoxdur: "Niko" yerinə "Nikol” (qadın adıdır), "Amerika" əvəzinə "Amerka", "Ukrayna" əvəzinə "Ukranya". Hətta məşhur fransız bəstəkarı Debüssinin adını "Mədəniyyət" kanalının aparıcısı "Debusya" şəklində söylədi. "Amplua" sözünü "ampuja", "kollokvium" sözünü "kollekvium" kimi söyləyənlər də çoxdur. Yenə də I kanalın (AzTv) diktoru “memerandum” sözünü, “memerandeum” şəklində tələfüz edir.

Bütün belə örnəkləri davam etmək olardı, lakin biz ən gözə çarpanlara, dilin qaydalarını və ahəngini ən kəskin şəkildə pozanlara toxunduq.

Fikrimizcə, bu məsələlərə daha dəqiq və daha operativ televiziya və radio redaktorları, universitet müəllimləri və ümumiyyətlə, bütün savadlı adamlar nəzarət etməlidir.

2026 fevral, 
Bakı

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see428

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see409

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see319

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see314

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see309

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see279

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see244

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see241

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see226

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see218

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see213

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see204

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see203

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see194

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see187

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see177

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see174

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri