Icma.az
close
up
RU
Azərbaycan dili indi aşağıların dilidir Dil necə öldürülür?

Azərbaycan dili indi aşağıların dilidir Dil necə öldürülür?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Əziz Əlibəylinin "Dili boynundan çıxan xalqların lallığı..." yazısını təqdim edir.

Araz çayından boğulmuş vəziyyətdə tapılan 29 yaşlı gəncin meyiti əslində işğalda olan Azərbaycan dilinin intiharı idimi?

Lakin Heydərbaba nəğmələrinin ritmləri altında böyüyən Səməd Behrəngi ana dilimizdə "türki" yazdığı üçün fars-pəhləvi rejimi tərəfindən çayda boğularaq, öldürüldü. Sırf türk dilində danışmaq uğrunda mübarizə aparmaq üçün şəhid edilmişdi. Eynən Səttarxan, Xiyabani, Pişəvəri kimi...

Ömrünü Arazın bu tayına gəlmək üçün gözü körpü salan Şəhriyar cəmi üçcə il yaşasaydı, SSR-i dağılar, o da müstəqil Azərbaycana - qardaşına gələrdi. Amma bir zamanlar İran irticası ilə SSRİ-nin rus və fars lisanından daş divarları keçə bilməyən Şəhriyar nə biləydi ki, illər sonra Heydərbaba kimi möhtəşəm abidə yaratdığı ana dili artıq müstəqil vətənində bəyənilməyəcək, elita deyil, "aşağıların" dili durumunda münasibət görəcək. Ad çəkib hallandırmaq istəmirəm: lakin son günlər qızışan rus dili-milli dil müqayisəsi çoxdan əndazəni aşdı. Xüsusilə, bu dildə yetişən bəzi intelligensiya elementlərinin mövqeləri cəmiyyətdə böyük təpkilər topladı.

Dil mədəniyyət, ədəbiyyat hadisəsi qədər izah edilir, amma mənə görə də dil ideologiya və qərar, ən əsası, son 5 ildə şahidi olduğumuz qələbə hadisəsi idi. Və bu dil Azərbaycanda istifadə edilən türk dili idi.

Zənnimcə, heç bir dildə "Əziz Şuşa, sən azadsan" fikrini ordakı ton qədər ifadə etmək mümkün olmayacaqdır.

Deməli, dil milli kimlik hadisəsi və spesifik tarixi materialın da yaradılması üçün yeni bir doğuluş idi.

İndi cəmiyyət və dövlət olaraq qərar verməliyik;

Bizim ziyalılar kimlərdir?

Ziyalılığın parametrləri, ümumiyyətlə, nədir?

Azərbaycan dili bizə nə qədər lazımdır?

Xarici dillərin gücünə qarşı reaksiya qabiliyyəti hansı vəziyyətdədir?

Aşağılıq kompleksi bizdən nələri necə alır?

Bir gün İrlandiyanın bir kəndində məktəb direktoru olan Şon Okonnel sinfə daxil olub şagirdlərinə elan etdi:

– Artıq irland dilində danışmaq qadağandır. Yalnız ingiliscə danışacaqsınız!

Bunu deyərkən, sinifdəki uşaqların gözlərində çaşqınlıq vardı. Çünki bu dil onların babalarının, nənələrinin, hətta qəhrəman Maykl Kollins döyüşdüyü və uğrunda qan tökdüyü dil idi.

Amma 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəlində irland xalqı öz dilini prestijsiz hesab edərək ingilis dilinə keçdi. Ana dilində danışanlar kəndlərdə cahil sayılır, şəhərlərdə isə geridə qalmış hesab olunurdu. Bu gün gedib İrlandiyada bu dildə danışan tapa bilməzsiniz, cəmi 2 faiz qoca və yol nişanlarında ölü bir dilin izi qalıb. Necə deyirlər: “Əlvida, Gaeilge!” – İrlandiyanın İrlandiyaya xəyanəti.

“Mən vəhşiyəm. Çünki fransızca yox, bretonca danışıram.”

Üç milyon bretonlu 20-ci əsrə qədər danışdığı dili unutdu və artıq onlar da ölüdürlər.

19-cu əsr Moskvası. Böyük bir ziyafətdə Qraf Vasili Petrov qonaqlarına yüksək səslə elan edir:

– Ah, bu rus dili necə də kobud və kəndlidir! Mən yalnız fransızca danışacağam!

Tolstoyun "Hərb və Sülh" romanında da bu tendensiya açıq görünür: Rusiya aristokratiyası rus dilini aşağı səviyyəli hesab edir, əsasən fransızca danışırdı. Bəzi zadəganlar övladlarının rusca danışmasını istəmir, qulluqçularla belə fransızca ünsiyyət qururdu. Hətta rus generalı Kutusovun öz zabitləri ilə fransızca danışdığı deyilirdi.

Ancaq 1812-ci ildə Napoleon Moskvaya daxil olanda rus aristokratları dərk etdilər ki, öz dillərindən imtina edərək, düşmənlərinin dilində danışmaq, millətin ruhunu öldürmək deməkdir.
Sizə bir nümunə də deyəcəm, qəzetdə yazılan bir parçada deyir:

İş axtaran Rahul Sharma müsahibədə gülümsəyərək dedi:
– Sir, mən ingilis dilində mükəmməl danışa bilirəm! Mənim hindicə danışan kəndli qohumlarım yoxdur!

Təxminən, son günlərdə verilən rusdilli qaqaşların ritorikasına necə də bənzədi...

Azərbaycanda istifadə edilən dilə qarşı bu aqressivlik başadüşülən deyil. Amma başa düşməliyik ki, bu dil təkcə bizim də dilimiz deyil. Dünyada 60 milyona yaxın insan tərəfindən ana dili kimi istifadə edilən dildə bizim payımız cəmi 16 faizdən bir az artıqdır. Deməli, bu irsə olduğu kimi dəyər verməsək, onu bizim ölkənin içərisində münasibətimizlə dəfn etsək, geridə gözləyən 50 milyona cavab verməyə sözümüz olmayacaq. Hə, bir də ziyalı seçimində diqqətli olmaq lazımdır:

Səməd Behrəngi kimi, Firudin İbrahimi, Qulam Yəhya, Azərbaycan SSRİ- dəki dissidentlər, Vahabzadə və digərləri parametr olmalıdır. Eyni zamanda Heydər Əliyevin yaratdığı bütün 70- ci illərin milli nəsli...

Məşhur rejissor xəstəxanaya düşdü "O, sanki azad olmağa can atan bir quşdur" - Valeh Ağayev "Janrının uğurlu nümunəsidir..." - Hekayə müzakirəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Fevral 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri