Bakı və Dehli münasibətləri istiləşir?
Icma.az bildirir, Axar.az portalına istinadən.
Azərbaycan və Hindistan arasındakı soyuqluğun uzun müddət davam etməsi mümkün deyildi. Bu, süni soyuqluq idi. Tarixən Azərbaycan və Hindistan arasında əlaqələr və normal münasibətlər olub.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıya səfərini şərh edərkən deyib.
“İstər qədim dövrlərdə, istər orta əsrlərdə, istərsə də SSRİ dövründə iki ölkə arasında yüksək mədəni əlaqələr olub. Azərbaycan və Hindistanın bir-birinə açıq şəkildə rəqib olması mümkün deyil, çünki bölüşdürülməyən hər hansı siyasi, iqtisadi problemləri yoxdur. Azərbaycan uzun illərdir ki, Hindistandan Rusiyaya gedən Şimal-Cənub dəhlizində mərkəzi rol oynamağa çalışır. Hindistan isə Azərbaycana həm investisiya qoymaq, həm məhsul ixrac etmək, həm də Azərbaycanın geosiyasi məkanından istifadə etmək istəyir.
Düşünürəm ki, Azərbaycan və Hindistan arasında iqtisadi-mədəni əlaqələr sürətlə inkişaf edəcək”, - politoloq bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 Oktyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















